Fevralın 25-də Xocavənd rayonunda həlak olmuş əsgər Zakir Cəfərovun Keşlə qəsəbəsindəki “Şəhidlər Xiyabanı”nda dəfn edilməsinə izin verilməyib. Turan-a bu barədə məlumatı mərhum əsgərin atası Nazim Cəfərov verib.
O, Nizami Rayon İcra Hakimiyyətinin nümayəndəsinin “Şəhidlər Xiyabanı bağlıdır, orada yer yoxdur”, – dediyini söyləyib:
“Odur ki, Zakiri adi kənd qəbiristanlığında dəfn etdik”.
“Bu, Vətən uğrunda canından keçən şəhidin xatirəsinə hörmətsizlikdir. Rayon hakimiyyətinin rəftarı hiddət doğurur. Şəhidlər Xiyabanında yer var, bunlar bəhanədir”, – hüquq müdafiəçisi Elşən Həsənov belə deyib.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib