Arxiv

Tələbə fəryadı (Köşə yazısı)

Dünən tələbələr fəryad edirdilər. Narazıçılıqları oxuduqları universitet rəhbərliyinin əyri əməlləri, tələbələrin ciblərinə vurduğu maddi zərbələrdəndir. Yəqin ki, “Təmsil şöbəsi” bu əmmaya da üzdən düzəliş verər. O etiraz edən tələbələri də birtəhər yola verərlər. Əşşi, nə var tələbəni yola verməyə? Bu hökumət kimi desən yola verər. Təki, taxtları silkələnməsin. Eynilə Abbasi hökmdarları tək.
Geniş və ölümcül nümayişlər hal-hazırda Ukraynada baş verir. Bizimkilər də baxırlar “xərəblər” verlişində Ukrayna camaatına, dəli olurlar. Elə bilirlər ki, biz də onlar kimi etirazlarımızı nümayiş etdirə bilərik. Amma mən son baş verən hadisələrdən sonra başa düşdüm ki, biz ümumiyyətlə, heç kimə öz etirazımı bildirə bilmərik. Bizə nə olubsa, əcəb olub…

Şanlı tariximiz

Biz ümumiyyətlə dünya tarixində heç kimik. Tariximiz satqınlıq və qorxaqlıqla doludur. Bizim məmləkətdə yaşayan ən bədbəxt insan ən qeyrətli insandı. Bəli, çünki qeyrətli insanın qeyrəti bu hökuməti narahat edir. Ona görə də hökumət işçiləri məcbur olurlar ki, o qeyrətlinin başına oyun açsınlar. Elə də olur.
Bütün qeyrətli insanları maddi, mənəvi sıxıntılara düçar edənləri dağın başına qaldıran millətik. Bütün qeyrətli olanlara da ya zindanda, ya da meydanda əzab verilir. Maraqlıdır, bəs Qarabağ uğrunda döyüşlər başlasa Qarabağın uğrunda kim döyüşəcək? Biqeyrətlər, bişərəflər?!
Qarabağ qazilərinə qarşı olan zülmü görən Azərbaycan gənci sizcə Qarabağ uğrunda səfərbərlik elan olunsa və müharibə başlasa, o, müharibədə canla-başla vuruşarmı? Əlbəttə ki, yox. Necə olur ki, mən sənin torpağın uğrunda ermənilərlə vuruşum, müharibə qurtarandan sonra da səninlə 2 sot torpaq üstündə vuruşum?

İnamımız

Bizim heç bir-birmizə inamımız da yoxdur. Biz özümüzünkülərin heç bir sözünə, başqalarının isə hər sözünə inanırıq.
Heç kimin əlində ixtiyarı yoxHamı vəhşiləşib, quduzlaşıbdıKişinin kişiyə etibarı yox
İndi “sən öllər”də ucuzlaşıbdı. (Q.Ş)
Bizdə o qədər bir-birmizə qarşı inamsızlıq var ki, hətta nəzir qutularımız da dəmirdəndir. Deyirlər guya ki, pirlərdə, ziyarətgahlarda, məscidlərdə yığılan nəzilər nazirlərə gedir. Mən əvvəl inanmadım. Sonra mənə “Xırdalan” şəhərində bir nəfər xırdaladı ki, yox qardaşım inan mənə. Nazir sözü nəzir sözündən götürülüb. Odur ki, nazirlərimizdən bəziləri deyir ki, ölkənin nəzir pulları bizə çatmalıdır. “Qafqazın baş mollası” da sakit şəkildə nəzirləri yığıb, aparıb təhvil verir ehtiyacı olan nazirlərə.
Bizdə hindən toyuq, zivədən paltar, məsciddən ayaqqabı oğurlayan oğrular da var. Dünya ölkələri bəlkə də ən az bizim ölkəyə güvənir. Bizə başqasının inanmağı lazım deyil. Amma heç olmasa özümüzkülər arasında inamsızlıq qazanmayaq.
Mən bu gün bəzi əmmalarımızı cümlələr vasitəsilə nəzərə çatdırmaq istədim. Amma inanın mənə, bunları yazmaq da, yaşamaq da çox çətindir./Qafar Şövqi – Azadxeber Net/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button