Xəbərlər

İran Astarasında bir Azərbaycan vətəndaşının intihar etməsinin qarşısı alındı

Azərbaycan Respublikasının bir vətəndaşı İranın sərhəd şəhəri Astarada intihara cəhd edib. Lakin yanğınsöndürmə məmurları bu Azərbaycan Respublikası vətəndaşının intiharına mane olublar.

Əldə olunan məlumata görə, təxminən 30 yaşlı Rical Rəfi oğlu Kamalov intihar etmək üçün Astara Came məscidinin minarəsinə çıxaraq yüksəklikdən özünü atmaq istəyirmiş. Lakin Astara hüquqi mühafizə qüvvələrinin sayıqlığı və yanğınsöndürmə məmurlarının zamanında və cəld hərəkəti sayəsində bu Azərbaycan Respublikası vətəndaşının intiharının qarşısı alınıb. Bu Azərbaycan Respublikası vətəndaşı 17 fevralda İrana daxil olub. Bu ilk dəfədir ki, bir xarici vətəndaş Astarada intihara cəhd edir. Bir müddət öncə Azərbaycan Respublikasında Qarabağ döyüşçüsünün ağır məişət vəziyyətinə etiraz məqsədilə intiharından sonra bu ölkədə etiraz xarakterli intihar halları artmışdır./səhər tv/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button