ArxivQarabağSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Daha bir iranlı deputatdan Azərbaycana təbrik mesajı

Təbriz şəhərindən İran parlamentinə seçilmiş deputat Azərbaycanın Zəfər bayramını təbrik edib.

Qafqaz.ir- rasthaber.com-a istinadən xəbər verir ki, Əhməd Əlirzabeygi şəxsi “Twitter” hesabında etdiyi paylaşımda Qarabağın işğaldan azad edilməsi və Zəfər bayramı münasibətilə təbriklərini çatdırıb.

“Qarabağın azadlığının ildönümü və bu böyük bayram münasibətilə Azərbaycandakı bacı-qardaşlarımı təbrik edirəm”.

Millət vəkili habelə yazıb:

“İran öz qonşuları arasında ən çox Azərbaycanla ortaq dəyərlərə sahibdir. Düşmənlər bu imkanı böhrana çevirməyə çalışırlar. Lakin iki ölkənin xalqlarının qarşılıqlı və ürəkdən gələn bağlılığı onları məyus edəcək”.

Xatırladaq ki, daha öncə digər iranlı deputat Ruhullah Mütəfəkkir Azad da Qarabağla bağlı Azərbaycanı təbrik edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button