ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycan və Rusiya prezidentləri məktublaşıblar

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Azərbaycan Respublikası prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin qarşılıqlı olaraq təbrik məktubları ünvanlayıblar.

SəhərAzəri-nin məlumatına əsasən, prezident İlham Əliyev Rusiya dövlət başçısı Vladimir Putinə məktubunda bildirilir ki,ötən 30 il ərzində Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı hörmət və etimad, bir-birinin mənafelərinin nəzərə alınması prinsipləri əsasında strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq ruhunda uğurla inkişaf edib və möhkəmlənib.

Azərbaycan Respublikası prezidenti diplomatik münasibətlərin qurulmasının budəfəki yubiley ilinin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması ilə eyni vaxta düşməsindən sevinc hissi keçirdiyini bildirib:.”Bu mühüm sənəddə 30 illik dövrdə dövlətlərimiz arasında münasibətlərin keyfiyyətcə yeni, ən yüksək səviyyəyə çatması təsbit olunub”,- deyə İlham Əliyevin Vladimir Putinə məktubunda bildirilir.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktubunda son 30 il müddətində iki ölkə arasında səmərəli əməkdaşlıqlar vurğulanıb, Ermənistan-Azərbaycan-Rusiya üçtərəfli razılaşmalar diqqətə çatdırılıb: “Keçən il və inişil bağlanmış üçtərəfli müqavilələrə əsasən, Cənubi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzərində birlikdə işləyirik”, – deyə məktubda bildirilir.

Rusiya prezidenti bu ilin Azərbaycan arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması ilə əlamətdar olduğunu xatırladıb, ikitərəfli münasibətlərin yeni, keyfiyyətcə daha yüksək səviyyəyə çatdırılacağına əminlik ifadə edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button