ArxivXəbər lentiXəbərlər

Azərbaycanda oruc tutanlar çoxalıb

İyunun 18-dən 11 ayın sultanı Ramazan başlayıb. Bu ayda müsəlanlar islamda vacib bilinən beş şərtdən birini yerinə yetirir – oruc tutur.

Şəriətə görə, oruc tutmaqla ruhən və cismən saflaşan müsəlmanlar bununla həm İslam dininin əsas qaydalarından birini yerinə yetirir, həm də 30 gün müddətində aclığa qarşı öz iradələrini nümayiş etdirirlər.

Tibb də orucluğu insan sağlamlığının qorunmasında gözəl vasitə sayır. Belə ki, bir ay pəhriz rejiminə əməl edən insanın orqanizmində maddələr mübadiləsi normaya düşür, zərərli maddələr bədəndən xaric olunur.

Bəs, dünya və Azərbaycan üzrə oruc tutanların sayında artım varmı?

Dini yazar Kənan Rövşənoğlu Modern.az-a açıqlamasında hər il Ramazan ayında oruc tutanların sayının artdığını müşahidə etdiyini vurğulayıb.

“Müşahidəmə əsasən deyə bilərəm ki, hər il artım olur, insanlar arasında, xüsusən də gənclər arasında oruc tutanların sayı artır. Doğrudur, son illərdə Ramazan ayının isti yay günlərinə düşməsi ilə əlaqədar bəziləri, xüsusən də yaşlı adamların oruc tutmasında problemlər yarandığı üçün kimlərsə də oruc tutmur. Amma ümumilikdə artım var”.

K.Rövşənoğlu ümumilikdə dünyada da oruc tutanların sayında artımın olduğunu qeyd edib.

“Mən Azərbaycanı müşahidə edə bilirəm. Ümumilikdə isə dünyada da artımın olduğu haqda xəbərlər yayılır. Bunu izlədiyim xarici mediaya istinadən söyləyə bilərəm”.

Dini yazar oruc tutanların sayında artımı insanların mənəvi ehtiyacları ilə əlaqələndirib.

“Düşünürəm ki, insanların özlərinin mənəvi ehtiyacları var, ona görə də hər il oruc tutanların sayında artım müşahidə olunur”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button