ArxivXəbər lentiXəbərlər

Fazil Mustafa: Qərb Azərbaycanın müstəqil siyasət yürütməsini həzm edə bilmir

“Avropa Oyunlarının Bakı ilə Qərb arasındakı tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinə elə də aidiyyatı yoxdur” Bu sözləri Avropa Oyunlarından sonra Bakı ilə Qərb arasında gərilmiş iplərin qopacağı barədə ehtimalları dəyərləndirən deputat Fazil Mustafa söyləyib.

 Avropa Oyunlarından sonra Bakı ilə Qərb arasında gərilmiş ipləri qopacağı barədə səsləndirilən fikirlərə münasibət bildirən Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa hesab edir ki, Qərblə Azərbaycan arasında mövcud gərginlik daha çox Azərbaycanın müstəqil siyasət yürütmək istəyindən doğan problemlərdir:

“Məncə Avropa Oyunlarının Bakı ilə Qərb arasındakı tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinə elə də aidiyyatı yoxdur. Çünki qarşılıqlı münasibətlərdə bir qayda olaraq siyasi və iqtisadi maraqlar önə çəkilir. Avropa Oyunları isə sadəcə idman hadisəsi olduğuna görə gərginliyin səbəbini Avropa liderləriynin bu oyulara olan layqeydiyi ilə əlaqələndirmək doğru olmaz. Seçkilər ərəfəsində Qərblə Azərbaycan arasında münasibətlər daha da gərgin olacaq. Bu təbiidir. Amma bütün hallarda gərginliyn kökündə Azərbaycanın müstəqil siyasət yürütmək istəyindən doğan problemlər var. Əsas məsələ odur ki, Qərb Azərbaycanın müstəqil siyasət yürütməsini qəbul etmək istəmir və bunu həzm edə bilmir”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button