ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Almaniya parlamentinin bir neçə üzvü Azərbaycan R-dan rüşvət alıb

Almaniya federal hökumətində hakim partiyalardan birinin tabeliyində olan bu parlament üzvləri nağd pul və ya hədiyyələr almaqla Azərbaycan Respublikası hökumətinin maraqlarını himayə etməkdə ittiham olunurlar.

 Angela Merkelin partiyası olan xristian-demokrat partiyasının üzvü olan bu iki parlament üzvü- Aksel Fişer və Mark Havitmən həmin nümayəndələrdən sayılırlar.

Havitmən Bakıdan təsir almaqda ittiham olunmaqdan əlavə, anti-koronavirus maskalarının ticarətində dəllallıq üstündə də ittiham edilibdir.

Ötən həftə nümayəndəlik vəzifəsindən istefa vermiş Almaniya parlamentinin bu üzvü öz qəzetində Azərbaycan Respublikasına səfəri və bu ölkənin nar şirəsini təbliğ etdiyinə görə, on altı min avro alıb. O, 2018-ci ildə Azərbaycan Respublikasının Berlindəki səfiri ilə həmkarlıq edərək, «Azərbaycan Respublikası ilə Almaniya arasında iqtisadi dialoq» adlı bir tədbir keçirib.

Bundestaq-ın digər bir üzvü- Karin Şterntes də bundan öncə bir ticarət şirkətinə vasitəçilik etməkdə ittiham olunub. O, bunun qarşılığında Bakıdan azı iyirmi min avro rüşvət alıbdır.

Bundestaq-ın keçmiş nümayəndəsi və xristian-sosial partiyasının üzvü Edvard Lintener də bir neçə il bundan öncə Əliyev hökumətindən müəyyən məbləğdə pul alıbdır.

sahartv.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button