Seyid ibn Tavus İslam Peyğəmbərindən (s) bu ayın üç gününü oruc tutan və gecələrini də – hər rükətdə bir dəfə “Həmd” və on bir dəfə “İxlas” surələrini oxumaqla – iki rükət namaz qlan şəxs üçün çoxlu savab nəql etmidir.
İmam Əli (ə) Şəban ayının fəzilət və əməlləri ilə bağlı Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğunu nəql edir: “Şəban ayının birinci günü İblis öz qoşununu yer üzünə göndərər və onlara deyər ki, çalışın Allahın bəndələrini özünüzə tərəf çəkin. Digər tərəfdən, Allah-Taala da öz mələklərini yer üzünə göndərib onlara deyər ki, Mənim bəndələrimi qoruyun və onlara doğru yolu göstərin. Əgər onlar imtina və tuğyan etməsələr, xoşbəxt olacaqlar. Həqiqətən, Allah-Taala Şəban aynının birinci günü Cənnət qapılarının açıq qalmasını əmr edər. “Tuba” ağacına əmr edər ki, öz budaqlarını bu dünyaya yaxınlaşdırsın. Bu zaman Allahın carçısı nida edər: “Ey Allahın bəndələri, bu Tuba ağacının budaqlarıdır, onlardan yapışın ki, sizi cənnətə aparsın. Bu da “Zəqqum” ağacının budaqlarıdır ki, ondan uzaq olun, yoxsa sizi cəhənnəmə aparar.”
Allahn Rəsulu (s) əlavə edərək buyurdu: “Məni haqq olaraq peyğəmbərliyə seçən Allaha and olsun ki, hər kəs Şəban ayının birinci günü xeyir qapılarından birini döysə (bir xeyir iş görsə), “Tuba” ağacının budaqlarından birindən yapışmağa müvəffəq olar. Ondan yapışın ki, sizi Cənnətə aparsın. Amma hər kəs həmin günü şər qapılarından birini döysə (bir şər və çirkin iş görsə), həqiqətən, “Zəqqum” ağacının budaqlarından asılar ki, onu Cəhənnəmə çəkib aparar. Həmçinin hər kəs həmin gün bir müstəhəb namaz qılsa, “Tuba” ağacının bir budağından tutmuş olar; oruc tutmaq, ər-arvad, övlad-valideyn, qohum-əqrəba və qonşuluq münasibətlərini möhkəmlətmək, borcun qaytarılması,… yetimə qayğı, bir möminin abır-həyasını qorumaq, Quran oxumaq (bir ayə belə), Allahı yad etmək, Onun nemətlərinə şükür etmək, xəstəyə baş çəkmək, ata-anaya ehtiram, narahat etdiyin şəxsi sevindirmək, dəfn mərasimlərində iştirak etmək, müsibətə düçar olmuş şəxsə başsağlığı vermək və digər xeyirxah işlərin hər biri “Tuba ağacının bir budağından yapışmaq deməkdir… Məni peyğəmbərliyə seçən Allaha and olsun ki, “Tuba” ağacından yapışanlar Cənnətə gedəcəklər.”