ArxivXəbər lentiXəbərlər

İslamçıların mətbuat konfransına icazə verilmədi

Sentyabrın birində Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan İslam Partiyasının yeni sədr əvəzinin təqdimatı üçün keçirilməsi nəzərdə tutulan mətbuat konfransına icazə verilməyib.

FaktXəbər-in məlumatına görə, konfransa icazə verilməməsinə səbəb kimi müxtəlif bəhanələr səsləndirilib.

Avqustun 31-də saat 3 radələrində AİP-in sədr müavini Akif Heydərli tərəfindən tədbirin yeri ilə bağlı Bakı Mətbuat Mərkəzinə zəng edilərək, konfransın keçirilmə tarixi və saatı tam şəkildə razılaşdırılıb. Lakin sentyabrın birində səhər saat 11-də AİP üzvləri və media nümayəndələri Bakı Mətbuat Mərkəzinin binasına yığışsalar da, konfrans zallarına nəzarət edən şəxslər dünən Akif adlı bir şəxsin AİP adından və 0503979680 zəng edərək, tədbirin təxirə salındığını və konfrans zalını başqa bir təşkilata saat 11:00 üçün icarə verdiklərini söyləyiblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button