Xəbərlər

“Hürriyet” İlham Əliyevi qəzəbləndirib

Türkiyənin nüfuzlu qəzetində hakim ailə barədə dərc edilən material Bakının başlıca müzakirə mövzusuna çevrilib.

Türkiyənin nüfuzlu nəşri “Hürriyet” qəzetində Azərbaycanın dövlət başçısı Ilham Əliyevin ailə üzvləri barədə dərc edilən material hakimiyyət düşərgəsində əsas müzakirə mövzusudur. Iqtidardakı mənbələrdən qəzetimizə daxil olan məlumata görə, Ilham Əliyev bu materialdan bərk qəzəblənib. Hətta məsələ ilə bağlı Türkiyə rəhbərliyinə etiraz edildiyi, bu materialın hansı səbəbdən “Hüriyet”də yer aldığı barədə izahat istənildiyi iddia olunur.

Xatırladaq ki, “Hürriyet” qəzeti bir neçə gün əvvəl “Müasir dövrün Evitaları: Mehriban Əliyeva və qızları” başlıqlı material dərc edib. Yazıda Ilham Əliyevin ailə üzvləri “Xəzərin sultanları” adlandırılıb. Onların dəbdəbəli həyatından, eyni zamanda korrupsiya əməliyyatlarından yazılıb.

Bu yazı Ilham Əliyevin Türkiyə səfərindən qayıtmasından az sonraya təsadüf edir. Indiyə qədər Türkiyə mətbuatında Ilham Əliyevin ailə üzvləri barədə belə bir ifşaedici material dərc edilməyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button