ArxivXəbər lentiXəbərlər

“Mən həmişə yüksək vəzifəli şəxslərlə oturub-durmuşam. Bəs, bu vaxta kimi niyə görmürdülər ki, xarab işlərlə məşğulam?Nardaran işi 3

“Mən həmişə yüksək vəzifəli şəxslərlə oturub-durmuşam. Bəs, bu vaxta kimi niyə görmürdülər ki, xarab işlərlə məşğulam?” – bu sözləri “Nardaran işi 3” üzrə keçirilən məhkəmə prosesində təqsirləndirilən Eldar Bünyatov deyib.

qafqaz.ir rakurs.az-a istinad xebere gore.Oktyabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə ilahiyyatçı Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyatov, Elxan Həsənov, Mübariz İbrahimov, Əli Hüseynov, Ramil Seyfullayev, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

, proses təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam edib. İlk olaraq Eldar Bünyatov son sözünü deyib. O, həmişə yüksək vəzifəli şəxslərlə dostluq etdiyini, Heydər və İlham Əliyevin vəkili olduğunu bildirib:

“Mən özümü günahkar hesab etmirəm, çünki mənim bütün işlərim göz qabağında olub. Mən Nardaranda böyük bir ambulatorya tikdirmişəm, kəndə işıq və su çəkdirmişəm, yarım-stansiya tikdirmişəm, Zülfü Adıgözəlovun 100 illiyini keçirmişəm, Rastropoviçi Bakıda qonaq qəbul etmişəm, 8 il Sabunçu rayonunun Ağsaqqallar Şurasının sədri olmuşam, 8 il yarım qəsəbə sədri olmuşam, Dəmirəl gələndə onu Heydər Əliyevlə mən qarşılamışam, Heydər Əliyevin vəkili olmuşam, 2 dəfə İlham Əliyevin vəkili olmuşam, 4 dəfə deputatların vəkili olmuşam. İndi mən başa düşə bilmirəm ki, nə vaxt silah götürüb, terrorla məşğul olmuşam. Mənə 14 il iş istəyirsiz, eybi yox, narahat olmuram, 68 yaşım var, onsuz da bir neçə il ömrüm qalıb, amma mənə yer edən odur ki, mən dövlət çevrilişinə cəhddə və terrorçuluqda ittiham edilirəm. Çevrilişi varlı, nüfuzlu şəxslər edər, biz göyərti satmaqla məşğul olan insanlarıq, bizdən terrorçu olar? Mən 4 övlad böyütmüşəm, 3-ü universitet, 1-i də akademiya bitirib, hamısı da nümunəvi olublar. Həyətimin darvazasının üstünə bayraq şəkili çəkdirmişəm, evdə qapının üstündə bayraq şəkili var. Siz özünüz də bilirsiniz ki, bizə böhtan atıblar. Mən həmişə yüksək vəzifəli adamlarla – prokurorlarla, hakimlərlə, icra başçıları ilə oturub-durmuşam. Bəs, bu vaxta kimi görmürdülər ki, xarab işlərlə məşğul oluram?”

Daha sonra Ramil Seyfullayev son sözlə çıxış edib. R.Seyfullayev terror faktının olduğunu, lakin bu terrorun onların özlərinə qarşı edildiyini deyib:

“Mənim üçün bu məhkəmə işində terror sözü maraqlı oldu. İngilis dili lüğətinə baxdım, latın mənşəlli sözdür, mənası “qorxu yaratmaq” deməkdir. Cinayət Məcəlləsinə də baxdım, orda da elə “ictimaiyyətdə qorxu yaratmaq” mənasına gəlir. Yəni, terror silahsız da, söz deməklə də yaradıla bilər. Biz isə silahlı terror törətməkdə ittiham olunuruq. Məlumdur ki, belə bir hadisə baş verməyib, amma bir yandan da terror olub. O hadisə nəticəsində insanlar qorxub, neçə uşağın qulağı kar olub, dili tutulub, dinc insanlar ölüb, yəni əslində bizə qarşı terror olub. Həmçinin bizim şəxsiyyətimizə də terror edilib, çünki bu hadisədən sonra bizi tanıyan insanlarda az da olsa, şübhə yarandı, bizim şəxsiyyətimiz sual altına düşdü. Amma bu gün hər şey açıq-aydındır. Saf suya çirk atılsa, o, suyu çirkələndirməz, su onu yuyub aparar. Biz həmin o saf suyuq. Heç kəsin, heç nəyin gücü çatmaz ki, bizə ləkə vursun”

Son olaraq Ruzi İsmayılov son sözlərini deyib. Vəkillərə təşəkkür etdikdən sonra hakimə müraciət edib:

“Artıq 48-ci məhkəmə iclasıdır ki, bu proses davam edir. Əslində, bu məhkəmələr bizim xeyrimizə nəticələndi. Bura dəvət olunan polis işçilərinin, yalançı zərərçəkənlərin yalan danışdığı, bizə şər-böhtan atdığı hamıya məlum oldu. Biz elə bir məktəbin nümayəndələriyik ki, bu məktəbdə terrora ehtiyac yoxdur. Bizim məktəbimizdə terror yoxdur. Sözü çox uzatmayacam, hamıya hər şey məlumdur”

Bundan sonra hakim məhkəmə iclasını qapalı elan edib. Növbəti proses oktyabrın 13-ə təyin olunub.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hərəsi 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir. Təqsirləndirilən şəxslər ittihamlarla razılaşmır, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini iddia edirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button