Aktual

“Azərbaycanda millət vəkili yoxdur”

Zərdüşt Əlizadə: “Onlar daha ciddi məsələlər haqqında danışa bilmir”“Azərbaycanda millət vəkili yoxdur”. Bu sözləri politoloq Zərdüşt Əlizadə bildirib. Ekspertin sözlərinə görə, bu gün Milli Məclisdə təmsil oluna şəxslərin hamısı Prezident Adminsitrasiyası tərəfindən təyin edilən insanlardır və buna görə də onlar müstəqil iradə ortaya qoya bilmirlər: “Milli Məclisdəki insanların hamısı Prezident Administrasiyasının göstərişi əsasında parlamentdə təmsil olunan şəxslərdir. Onların yeganə işi bu kimi məsələlərlə bağlı fikir bildirməkdən ibarətdir. Onlar müstəqil iradəyə malik olmadıqları üçün daha ciddi məsələlər haqqında azad mülahizə yürüdə bilmirlər. Bu cür müstəqil fikir yürüdən şəxslərin aqibətinin necə olduğu hər kəsə bəlli olduğu üçün onlar daha ciddi problemlərdən bəhs etməkdənsə, müğənni davasına münasibət bildirməyi daha məqsədəuyğun hesab edirlər. Onların yeganə işi bundan ibarətdir”.(Moderator)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button