ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Prezident Rəisi İran və Pakistan arasında ticarət dövriyyəsinə nəzrətin gücləndirilməsinə təkid edib

Seyid İbrahim Rəisi çərşənbə axşamı gecə Pakistana səfərinin ikinci gününün planlarına uyğun olaraq, Kəraçi Universitetində bu şəhərin seçilmiş şəxsiyyətləri, ziyalıları, iqtisadi fəalları və din alimlərinin iştirak etdiyi toplantısında çıxış edib.
  O, bu toplantıda iki ölkənin rəsmiləri arasında İslamabadda keçirilən görüş və müzakirələri hərtərəfli əlaqələrin inkişafı istiqamətində faydalı və məhsuldar olduğunu qeyd edib.
İran prezidenti bildirib ki, iki ölkə arasındakı əlaqələr təkcə qonşuluq hüdudlarında qalmır, bu eləcə də iki xalqın tarixi, sivilizasiyası, mədəniyyəti və ortaq inanclarını da özündə ehtiva edir və bu iki xalqı birləşdirən qırılmaz bir bağ yaradıb.
“İki xalqın İmam Xomeyni (r.ə) kimi məşhur şəxsiyyətə bağlılığı onun Allaha inancının, hegemon və müstəmləkəçilik əleyhinə ruhu ilə bağlıdır” -prezident Rəisi çıxışında əlavə edib.
İran prezidenti çıxışında həmçinin Pakistanın dahi şəxsiyyətlərindən olan İqbal Lahurini müstəmləkəçilik əleyhinə, kolonist ideologiyası ilə mübarizə aparan, ədalətin hökmünü tələb edən, müstəqillik axtarışında olan və İslam dünyası, İran və Pakistan xalqları tərəfindən hörmət edilən bir şəxsiyyət olduğunu diqqətə çəkmiş və Məhəmməd Əli Cinah kimi bir şəxsiyyətin də eyni ruh və xüsusiyyətlərə malik olduğu üçün müstəqillik rəmzinə çevrildiyini xatırlatmışdır.
İran prezidenti daha sonra İran İslam Respublikasının İslam İnqilabının şüar və amalları, o cümlədən azadlıq və müstəqilliyə sadiqliyinə toxunaraq bildirib ki, İnqilabın qələbəsindən 45 il keçməsinə baxmayaraq, Qüdsün azadlığı və Fələstin xalqının hüquqlarının həyata keçirilməsi məsələsi hələ də İran xalqının diqqət mərkəzindədir və xalqın tələbinin bir hissəsi olaraq qalır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button