ArxivXəbər lentiXəbərlər

Nardaranda Qədr gecəsini əks etdirmək üçü çəkilişə maneə yaratdılar

Azərbaycanın təhlükəsizlik qüvvələri Səhər televiziyasının Nardaranda Qədr gecəsi mərasimi ilə bağlı çəkiliş aparmasına mane olublar.

Mübarək Ramazan ayının 21-ci gecəsinin əhya mərasimi Azərbaycan müsəlmanlarının geniş iştirakı ilə bu ölkənin şəhər və kəndlərində məscidlər və hüseyniyyələrdə keçirilir.

Azərbaycanda möminlər və Əhli-Beyt (ə) aşiqləri Həzrət Əlinin (ə) şəhadəti gecəsində məscidlər və hüseyniyyələrdə əzadarlıq edərək Allah-taala ilə raz-niyaz ediblər.

Səhər Beynəlxalq Televiziyasının Azərbaycandakı çəkiliş qrupu hər il bu ölkənin müxtəlif bölgələrindən möminlərin iştirakı ilə Bakının Nardaran qəsəbəsində İmam Rzanın (ə) bacısı Bibi Rəhimənin (s.ə) ziyarətgahında keçirilən Ramazan ayının 21-ci gecəsinin əhya mərasimini işıqlandırmaq üçün yollanıb. Təəssüflər olsun ki, qəsəbənin girişində yerləşən təhlükəsizlik qüvvələri çəkiliş qrupunun bu ziyarətgaha getməsinə mane olub. Nəticədə Səhər-in jurnalisti Nardaran yaxınlığında Buzovna qəsəbəsi möminlərinin əhya mərasimi ilə bağlı reportaj hazırlayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button