ArxivXəbər lentiXəbərlər

Axundzadə ailəsinin 2-ci üzvü də həbsə məhkum edildi

Lənkəran Cinayət Məhkəməsi Ruhullah Axundzadənin övladını 5 il 6 ay həbsə məhkum etdi.

Məhəmməd Əli Axundzadənin həyat yoldaşı İlahə Axundzadə “Azadlıq”ın müxbirinə deyib: Ötən ilin 22 dekabrında Məhəmməd Əli Axundzadə Bakıdan Astaraya qayıdarkən saxlanılıb. O, narkotik maddə daşımaqda ittiham edilib.

Ruhullah Axundzadə 2011-ci ildə həbs edilən İslam Partiyası üzvlərindəndir. O, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İndi Axundzadə ailəsinin daha bir üzvü Nardaranda yaşanan gərginliklərlə əlaqədar saxlanılsa da, həmin hadisələr zamanı ölkə xaricində olmasını nəzərə alaraq, barəsindəki ittiham narkotik maddə daşımağa dəyişdirilib.

Axundzadə ailəsi Azərbaycanda oxşar təzyiqlərə məruz qalan yüzlərlə ailədən biridir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button