Aktual

İranda Qarabağla bağlı beynəlxalq konfrans keçiriləcək

Azad Qarabağ Uğrunda Alyansa daxil olan təşkilatların rəhbərləri – Qarabağ Azadlıq təşkilatının sədri Akif Nağı, Qarabağ Qazilər Birliyinin sədri Etimad Əsədov, Vətən Müharibəsi Əlilləri Cəmiyyətinin sədri  Firudin Məmmədov, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli və digərləri iyunun 25-də “Qarabağ münaqişəsinin son durumu və bununla bağlı müsəlmanların missiyası” adlı beynəlxalq konfransda iştirak etmək üçün Təbrizə yola düşəcəklər. Bu barədə FaktXəbər-ə Akif Nağı məlumat verib.

QAT sədri bu cür konfransların keçirilməsinə müsbət yanaşdığını bildirib: “Dağlıq Qarabağ münaqişəsinin həlli, erməni işğalının nəticələrinin aradan qaldırılması üçün İslam dünyasının imkanlarından, birgə səylərindən istifadə olunmalıdır. Burada ciddi potensial var. Biz müsəlman dövlətlərinin Qarabağ məsələsində vahid mövqedən çıxış etməsini, əməli addımlar atmasını istəyirik. Düşünürəm ki, konkret olaraq ilk dəfə yalnız Qarabağ məsələsinə həsr olunmuş belə bir konfransın keçirilməsi müsbət haldır və məqsədlərimizə çatmaq üçün ciddi rol oynaya bilər”.

Təbriz Universitetinin təşkilatçılığı ilə keçiriləcək konfransın 4 gün davam edəcəyi nəzərdə tutulur.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button