ArxivXəbər lentiXəbərlər

Şəhid vərəsələrilə bağlı xəbər: 3856 vərəsəyə müavinət verilməsi qərara alınıb

Artıq 2897 şəhid hərbi qulluqçu üzrə 3856 vərəsəyə birdəfəlik ödəmənin verilməsi üçün qərarlar qəbul olunub və onlara müvafiq ödəniş həyata keçirilir.
Bu barədə dekabrın 18-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda deyilir.
Məlumata görə, nazirlikdə keçirilmiş iclasda şəhid hərbi qulluqçulardan daha 263-ü üzrə 423 vərəsəyə birdəfəlik ödəmənin verilməsi üçün qərar qəbul edilib. “Bu günədək artıq 2897 şəhid hərbi qulluqçu üzrə 3856 vərəsəyə birdəfəlik ödəmənin verilməsi üçün qərarlar qəbul olunub. Həmin qərarlar əsasında müvafiq vəsaitlərin ödənişi davam etdirilir”, – nazirlik bildirib.
Nazirlik daha əvvəl bəyan etmişdi ki, komissiya həlak olmuş hərbi qulluqçulardan ümumilikdə 9531 nəfərin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququnu müəyyənləşdirib. Proses davam edir.
Xatırladaq ki, prezident İlham Əliyev bu il aprelin 19-da 1991-1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan hərbi qulluqçuların vərəsələrinə birdəfəlik 11 min manat ödənilməsi barədə fərman imzalayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi oktyabrın 9-dan sənədlərin qəbuluna başlayıb.
Ancaq bəzi həlak olmuş əsgər ailələri fərmanın icrasından narazılıq edirlər. Fərmanın onlara aid edilmədiyini bildirən narazılar bir neçə dəfə Prezident Administrasiyasının, Milli Məclisin önünə toplaşıblar. Həlak olan yaxınlarının haqqını tələb etdiklərini bildirən bu insanlara məhkəməyə üz tutmaq tövsiyə edilib.
Dövlət Sığorta Kommersiya Şirkəti (Azərsığorta) isə bildirib ki, onlara ödəniş daha əvvəl edilib.
“Varislərə 50000 – 200000 manat sığorta ödənişi həyata keçirilib…”, – deyə şirkət bəyan edib.-

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button