ArxivXəbər lentiXəbərlər

“Yandex” Türkiyə və İsraildəki yüzlərlə hərbi obyektin yerini ifşa edib

Rus axtarış saytı “Yandex”in xəritə xidməti blur texnikası ilə Türkiyə və İsraildəki bir sıra hərbi obyektin yerini ifşa edib.

həm dövlət, həm də siyasətçilər üçün elmi tədqiqatlar aparan Amerikan Alimlər Federasiyasından (FAS) Mett Korda “Yandex”in xəritə xidmətinin Türkiyə və İsraildəki 300-dən çox hərbi obyektin yerini, buraları blur edərək ifşa etdiyini söyləyib. Xəritələrdə blur edilərək göstərilən bu müəssisələrdən bir çoxunun tanınan yerlər olduğunu bildirən Mett Korda, blur edilərək göstərilmələrinin isə bu yerlərin hərbi bir funksiyasının olduğu mənasına gəldiyini qeyd edib.

Həmçinin “Yandex.Xəritələr”də blur edilərək verilən bu yerləri, “Google”-un xəritə xidmətinin verdiyi görüntülərlə müqayisə etdiyini deyən Korda, hava bazaları və sığınacaqların da aralarında olduğu bir çox müəssisəni müəyyən edə bildiyini bildirib. Bu müəssisələr arasında İsrail kəşfiyyatçılarının Tel-Əvivdəki bir bazası ilə İzmirdəki NATO Müttəfiq Quru Komandanlığı və İncirlik Bazası da var.

FAS rəsmisi “Yandex”də bu obyektlərin türk hərbi səlahiyyətlilərin istəyi ilə blur edilərək verilmiş ola biləcəyini qeyd edərək, hərbi obyektlərin yerlərinin bu şəkildə gizlənməsinin o qədər də yaxşı bir fikir olduğunu düşünmədiyini, çünki bunun obyektlərin daha çox diqqət çəkməsinə səbəb olduğunu deyib.

Tədqiqatçı “Yandex”in xəritələr xidmətinin verdiyi görüntülərdə bu dərəcədə blur edilmiş bir rus hərbi obyekti olmadığını da əlavə edib.

 

İslamazeri.com

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button