Aktual

Milli Şuranın sessiyası: Milli Şuranın sessiyasında tarixi qərar

Milli Şuranın 84 üzvü arasında vahid namizədlə bağlı səsvermə keçirilib. 83 nəfər lehinə, 1 nəfər bitərəf olmaqla Rüstəm İbrahimbəyov müxalifətin bu il Azərbaycanda keçiriləcək prezident seçkilərində vahid namizədi olub. (musavat.com)

İsa Qəmbər Rüstəm İbrahimbəyovun namizədliyini təsdiqləyib
2013-07-02 12:44

Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) 2-ci sessiyasında Müsavat başqanı İsa Qəmbər çıxşında önəmli məqamlara toxunub.

“Qafqazinfo” xəbər verir ki, İsa Qəmbər qeyd edib ki, bu gün Milli Şurasnın sessiyasında çox önəmli qərar qəbul edilir və yekdil qərar qəbul etməyə yaxınıq:
“Milli Şuranın yaranmasının bir çox üstünlükləri var. Ölkənin demok qüvvələrinin, təcrübəli ictimai xadimlərlə yanaşı gənclər, inanclı kəsim də bir araya gəlib. Bunun ən önəmli cəhətlərindən biri ölkənin, dünya ictimaiyyətinin seçkilərə cəlb etməsidir.Ölkədə demokratik mühit yoxdur. Bəzi partiyalar deyirdi ki, seçkidə iştirak etmək xalqa xəyanətdir.Yanlış mövqedir. Bizim üçün önəmli olan ölkədə hakimiyyətin seçki yolu ilə dəyişməsi və demokratik potensialın bir araya gəlməsidir. Vahid seçki platforması vahid seçki qərargahının yaranmasını diqtə edir. Hələ ki, hər şey məntiqə uyğun şəkildə davam edir. Vahid namizəd məsələsi müzakirə olunanda mən və funksionerlərim çıxışımızda səsləndirmişik ki, mümkündür ki, vahid namizəd siyasi liderlədən biri deyil, intellektuallardan biri olsun. Başqa hörmətli ziyalılarımızın da namizədliyini mümkün saymışıq. MŞ yaranandan sonra R. İbrahimbəyov vahid namizəd kimi prioritet xarakter daşıyır. Eyforiyaya qapılmağa ehtiyac yoxdur. Doğrudan da ölkədə seçki mühiti yoxdur, bunu biz aradan qaldırmalıyıq. Xalqın iradəsi gerçəkləşməlidir. Vahid namizəd məsələsinin çoxsaylı müsbət cəhətləri ilə yanaşı riskli cəhətləri də var. Bu, şəxslərə bağlı deyil. Risklərdən birini həll etdik. Öhdəliklərlə bağlı mükəmməl sənəd hazırlandı. Risklərlə bağlı kuluarlar da daim gündəmdədir ki, Rüstəm müəllim ölkəyə gələcəkmi? Biz ona inanmaq istəyirik və ümid edirik ki, o gələcək. Ümid edirik ki, İbrahimbəyovdan 100 minlik mitinq olsun, namizədliyim qeydə alınsın sonra gələcəyəm fikrini eşitməyəcəyik. Marağımız MŞ ideyasının baş tutması və hədəflərə çata bilməyimizdir.
İkinci risk namizədin qeydə alınması məsələsidir. Bu risk də qalmaqdadır. Dostlarımız deyir ki, bu risk hamıya aiddir. Ölkədə avtoritar rejim var və bu rejimdən yanlış qərarlar gözləniləndir. Vahid namizədin qeydə alınmaması MŞ-nın kənarda qalması deməkdir. Bu arzu,istəklərimiz və bəyannaməyə ziddir. Yolu tapılmalıdır ki, heç bir vəziyyətdə MŞ seçkidən kənarda qalmasın.
Müsavat Partiyasının müzakirlərdən sonra rəsmi qərarını təqdim etmək istəyirəm. MŞ-nın vahid namizəd haqqında mövqeyimizn ondan ibarətdir ki, R. İbrahimbəyovun vahid namizəd olmasıın qəbul edirik. Eyni zamanda Şuranın namizədinin qeydə alınmasına qədər Müsavat Ali Mədlisin prezidentliyə namizəd haqqındakı 4 yanvar qərarı qüvvədə qalır”. (qafqazinfo.az)

Rüstəm İbrahimbəyov vahid namizədin öhdəlikləri barədə memaranduma imza atdı

2013-07-02 12:29

Eldar Namazov Rüstəm İbrahimbəyovla canlı bağlantıya qoşulduğunu və vahid namizəd haqqında öhdəliklərlə bağlı memaranduma imza atdığını bildirib. Rüstəm İbrahimbəyovun elektron imzası alınıb. İmzanı Eldar Namazov nümayiş etdirib. (qafqazinfo)

MŞ-da təmsil olunan əksər partiyalar Rüstəm İbrahimbəyovun vahid namizəd olmasını dəstəklədi
2013-07-02 12:10

Vətəndaş Həmrəyliyi və Açıq Cəmiyyət partiyaları da Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləyiblər. Əvəz Temirxan da Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləyib. Onun sözlərinə görə, bu, tarixi məqamdır. Əvəz Temirxan xatırladıb ki, Rüstəm İbrahimbəyov “Oskar” mükafatı laureatıdır, yüksək intellektli insandır və bu keyfiyyətlər onun ən uğurlu namizəd olduğunu göstərir. Daha sonra çıxış edən AXCP sədri Əli Kərimli də Rüstəm İbrahimbəyovun iki illik keçid müddəti üçün vahid namizəd olmasını dəstəklədiyini açıqladı.

Milli Şuranın sessiyası: Vahid namizədliyə Rüstəm İbrahimbəyovun namizədliyi irəli sürüldü

2013-07-02 11:57

Musavat.com-un məlumatına görə, vahid namizədlə bağlı müzakirələr başlayıb. Eldar Namazov vahid namizədliyə Milli Şura sədri Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürüb.

Milli Şuranın sessiyası keçirilir

2013-07-02 11:53
Daha sonra Hacıbaba Əzimov çıxış edib. O, Milli Şuranın memorandumunun yenidən müzakirəyə çıxarmağa cəhd edib. Lakin bu təşəbbüs Şura üzvlərinin narazılığı ilə qarşılanıb.

***
11.47
Musavat.com-un sessiyanı izləyən əməkdaşının verdiyi məlumata görə, sessiyada əvvəlcə AXCP sədri Əli Kərimli çıxış edib. Sonra Mustafa Hacıbəyli təklif edib ki, Milli Şurada mitinqlərin təşkili üçün komissiya yaradılsın.
İqtisadçı Qubad İbadoğlu deyib ki, Bakı Avropada rəsmi statusu olmayan yeganə şəhərdir. Onun sözlərinə görə, paytaxtda mer seçkiləri keçirilməlidir.

***
11.26
Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) 2-ci sessiyası öz işinə başlayıb. “Qafqazinfo” xəbər verir ki, sessiyanı AXCP sədri ƏLi Kərimli açıb. O bildirib ki, Milli Şuranın sədri Rüstəm İbrahimbəyov müəyyən səbəblərdən bugünkü sessiyada iştirak edə bilmir və onlar sədri əvəz edirlər.
Qeyd edək ki, Milli Şura üzvlərinin müzakirəsinə təqdim olunacaq gündəlik layihəsinə aşağdakı məsələlər daxil edilib:
1. İşçi qrupunun keçid dövrü və DQMŞ-in vahid namizədinin öhdəlikləri haqqında hazırladığı memorandumun qəbulu
2. DQMŞ-in prezidentliyə vahid namizədinin irəli sürülməsi
3. Azərbaycan Respublikasının Milli Məclisinə, Baş Prokurorluğuna və Mərkəzi Seçki Komissiyasına müraciət
4. DQMŞ-in prezidentliyə vahid namizədin seçki qərargahının formalaşdırılması üçün tövsiyə qərarı
5. Cari məsələlər

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button