Xəbərlər

Azərbaycanda cinsiyyətini tam dəyişdirib qadın olan kişilərin sayı açıqlandı

“Onlar dedilər ki, sən artıq bu həyatı seçmisən”.

Azərbaycanda 22 kişi tam cinsini dəyişib. Yarım cinsini dəyişdirənlər daha çoxdu. Yəni bədənin quruluşunu dəyişirlər, amma cinsi orqanlara dəymirlər. İlk dəfə tam cinsini dəyişən səhv etmirəmsə, 2008-ci ildə olub. O vaxt onun 26-27 yaşı olardı.
bunu Gender və Tərəqqi İctimai Birliyinin sədri Kamran Rzayev deyir. Onun sözlərinə görə, qadınlar arasında cinsiyyətini dəyişib kişi olanı yoxdur.
K.Rzayevin sözlərinə əsasən, qiymətlər ölkəyə görə dəyişə bilir:
“Bizim transgenderlər üstünlüyü Türkiyəyə verirlər. Orada qiymətlər 8-10 min manat arası dəyişir. Malayziyada bu əməliyyat 5-8 min min dollara başa gəlir. Lakin dil bilmədikləri üçün bizimkilər İstanbula gedirlər.
Azərbaycanda belə əməliyyatı edəcək həkim yoxdur. Gələcəkdə yəqin ki, olacaq. Çünki tələbat var. Bu insanlar kişi bədənində doğulurlar, amma ruhən qadın olurlar. Ya da əksinə. Onlar ömür boyu buna görə əzab çəkirlər”.
Rzayev onu da bildirib ki, cinsi dəyişən insanlar görünüş olaraq qadın olsalar da, uşaq dünyaya gətirə bilmirlər.
İlahiyyatçı Saleh Kazımov deyir ki, İslama görə bu hal günahdı:
“İnsanı da, dünyanı da yaradan bir Allah var. O da necə təqdir edibsə, canlıları elə yaradıb. Əgər ya qadın, ya kişi bu formada yaradılıbsa, o, Allahın yaratdığıdı. Peyğəmbərimizin hədislərində də buyurulur ki, kişilər özlərini qadınlara, qadınlar da özlərini kişilərə bənzətməsinlər.”.
Cərrah Hüsaməddin Top keçirdiyi sonuncu genital əməliyyat haqqında bunları danışıb. Onun sözlərinə görə, individə ilkin olaraq psixoloji yardım edilir. Xəstə qadındırsa, hormonal müalicə alır. Bir il davam edən müalicədən sonra individin döşləri nisbətən kiçilir. Əməliyyat ən sonda gəlir:
“Əgər individ qadındırsa, onun birinci döşləri, uşaqlığı və yumurtalığı alınandan sonra genital əməliyyat edilir. Qıç bud sümüyündəki toxuma və damarlardan cinsi orqan düzəldirik. Hələ ki, etibarlı və uğurlu metod budu. Ömrü boyu özünü kişi kimi (yaxud əksi) hiss etdiyi üçün xəstənin əməliyyat sonra yeni cinsinə alışması çox çəkmir”.
Gender və Tərəqqi İctimai Birliyinin əməkdaşının da köməkliyi ilə bir nəfərlə görüşə bildik. O, fotosu və gerçək adı yayımlanmamaq şərtiylə bizimlə danışmağa razılaşdı. S.T.-nın sözlərinə görə, o, 27 yaşında əməliyyat etdirib. Maddi imkanlara görə, bu vaxta qədər gözləməli olub.
Özünü tanıyandan fizioloji kişi olsa da, özünü qadın olaraq hiss edən S.T. 18 yaşına çatanda bunu ailəsindən deyir:
“Ailəm normal qarşıladı. Onlar dedilər ki, sən artıq bu həyatı seçmisən. Sənə necə xoşdursa, elə də yaşa. Ayaqyoluna getmək belə daha rahatdı. Mən belə xoşbəxtəm. Bu əməliyyat mənə psixoloji sakitlik verdi. Çölümü içim kimi elədim, özümə uyğun elədim”.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button