Aktual

Azərbaycanda Aşura günü izdihamla qeyd edilib + FOTO

Azərbaycanda “Aşura günü” şəhidlərimiz yad edilib, qanvermə aksiyalarında minlərlə insan iştirak edib.

Dini icmaların mütləq əksəriyyətində əvvəlki illərdən fərqli olaraq zəncirvurma və başyarma kimi xoşagəlməz hallar müşahidə edilməyib. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən məlumat verilib.Azərbaycanin bütün bölgələrində İslam tarixinin ən faciəvi hadisəsi, eyni zamanda, şəhidliyin zirvəsinin rəmzi olan “Aşura günü” ilə bağlı əza mərasimləri keçirilir. Bakı şəhərində, o cümlədən regionlarda, Aşura ilə əlaqədar əzadarlıq mərasimləri yüksək səviyyədə, milli-mənəvi dəyərlərimizə və ənənələrimizə uyğun şəkildə, vicdan azadlığının təmin olunması, dövlət qurumlarının əhalinin istəklərini, o cümlədən asayişin tam təmin edilməsini nəzərə alması ilə həyata keçirilib.
qiyamının əzəməti və fəzilətləri haqda məzhəbi çıxışları dinlədikdən sonra möhtəşəm formada növhəxanlıq, sinəvurma mərasimlərini təşkil edib, Aşuranın zöhr namazını əzəmətlə qılıblar.
Bakıdan əlavə Gəncə, Naxçıvan, Astara, Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar, Lerik, Sumqayıt və Maştağada da Aşura günü mərasimləri xalqın xüsusilə gənclərin geniş iştirakı ilə keçirilib.
Bakıda Həzrət Həkimə ziyarətgahı habelə Təzəpir, Məşhədi Dadaş, Sultanəli, Göy Məscid, Kərbəlayi Abdullah məscidlərində və iranlıların hüseyniyyəsində İmam Hüseyn(ə) əzadarları Aşura Ziyarətini qiraət edib, növhəxanlıq və sinəvurma mərasimlərini təşkil ediblər.
Azərbaycan R-da rəsmi təbliğatın olmamasına və Aşura gününün qeyri-iş günü və tətil olmamasına rəğmən, xalqın müxtəlif təbəqələrinin xüsusilə gənclərin iştirakı o qədər idi ki, məscidlərin həyətləri İmam Hüseyn(ə) əzadarları ilə dolu idi.
Bütün Azərbaycan Respublikasında Aşura günündə polis məscidlərin önləri xüsusiyyət təşkil etməklə kəskin təhlükəsizlik tədbirlərini tətbiq etdi və məscidlərin eşiyində əzadarlıq heyətlərinin iştirakına mane oldu.
Aşura mərasimlərində oxunan xütbə və moizələrdə Kərbəla faiciəsi şəhidlik məktəbi kimi tərənnüm edilib, Kərbəla şəhidləri ilə yanaşı, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin ruhları da anılıb. Məscidlərdə klassik Azərbaycan şairlərinin mərsiyələri səsləndirilib.
Ölkədə fəaliyyət göstərən dini icmaların mütləq əksəriyyəti əvvəlki illərdən fərqli olaraq, əvvəlcədən aparılmış maarifləndirmə işləri nəticəsində başyarma, qançıxarma və zəncirvurma kimi xoşagəlməz hallardan imtina ediblər. Son illər kök salmış ənənəyə uyğun olaraq, bu il də “Aşura günü” ölkənin 20-yə yaxın iri şəhər və rayonunda təşkil edilmiş talassemiya xəstələri üçün qanvermə aksiyalarında minlərlə insan iştirak edib.
Məlumatda qeyd edilir ki, əhalinin və dindarların təhlükəsizliyi, ictimai aşayişin təmin edilməsi məqsədilə Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının fitvasında göstərilmiş müvafiq tövsiyələrə uyğun olaraq, əzadarlıq mərasimlərinin yalnız məscid və ziyarətgahların ərazisi daxilində keçirilməsi, küçə yürüşlərinə yol verilməməsi məqsədəuyğun sayılıb.
Ümumilikdə Aşura mərasimləri insidentsiz baş tutub. “Tasua” və “Aşura” günlərində DQİDK nümayəndələri Bakı və ölkənin müxtəlif rayonlarında dini icmalarla mütəmadi əlaqədə olub, icmaların dövlət qurumları ilə bağlı ortaya çıxan məsələlərinin əlaqələndirilməsi işini aparıblar. Dövlət Komitəsinin əməkdaşlarının respublika üzrə apardıqları müşahidələrin nəticəsi olaraq bildirilir ki, Aşura mərasimləri Kərbəla şəhidlərinin ehtiramına layiq şəkildə keçirilib, hər hansı ciddi insident baş verməyib.

 
 

http://interaztv.com/sites/default/files/DSC_4233.jpg

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button