ArxivIslamXəbər lentiXəbərlər

ABŞ səfiri AXCP sədri ilə görüşüb

Aprelin 26-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və ABŞ-ın Azərbaycandakı yeni səfiri Li Litzenberger görüşüb.
AXCP-nin mətbuat xidmətinin məlumatına görə, görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət, Azərbaycan-ABŞ münasibətləri, Azərbaycanda insan haqları və demokratikləşmə sahəsindəki problemlər, siyasi məhbus problemi, sərbəst toplaşmaq azadlığına yaradılan maneələr və başqa vacib məsələlər müzakirə olunub.
Görüşün detalları barədə məlumat verilmir.
ABŞ-ın Azərbaycandakı Səfirliyi görüşlə bağlı hələ məlumat yaymayıb.
ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger bu il martın 7-də ölkəyə gəlib. Bu ABŞ səfrinin müxalifət lideri ilə ilk görüşüdür. (“Amerikanın Səsi”)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button