ArxivXəbər lentiXəbərlər

Araz Əlizadə: “Gürcüstana həddini bildirmək lazımdır”

İqtisadiyyatı Azərbaycanın hesabına sabit qalan bir ölkəyə yerini göstərməliyik”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Gürcüstanda son günlər ermənilər tərəfindən Azərbaycan əleyhinə aksiyalarin keçirilməsi və gürcü polisinin azərbaycanlılara qarşı repressiv addımlar atmasına münasibət bildirən Milli Məclisin deputatı Araz Əlizadə deyib.

Başa çatmaqda olan həftə ərzində diqqəti cəlb edən əsas hadisələr sırasında Gürcüstanın Azərbaycanla strateji tərəfdaşlığının ruhuna zidd davranışları da var.

O çərçivədə ermənilərin qondarma “soyqırımı” günündə Azərbaycan və Türkiyə əleyhinə davamlı aksiyalar keçirmələri, həmin tədbirlərdə Dağlıq Qarabağ separatçılarının “bayrağının” qaldırılması xüsusi qeyd olunmalıdır: ” Hər şeyi qoyuram kənara, Gürcüstan iqtisadiyyatı Azərbaycan investisiyalarının, Azərbaycanın enerji və nəqliyyat layihələrinin, tranzit ödəmələrinin hesabına sabit qala bilir. Azərbaycan o “nəfəsliyi” bağlasa, Gürcüstanın hansı vəziyyətə düşəcəyi məlumdur.

Hesab edirəm ki, Gürcüstana qəti surətdə həddini bildirmək lazımdır. Mövcudluğu həm də Azərbaycandan asılı olan o ölkəyə yerini göstərməliyik”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button