ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Türkiyə sionistlərlə münasibətləri düşünür

Mənbə xatırladıb ki, Türkiyə və İsrail rejimi arasında münasibətlər son vaxtlar normallaşma yolu keçib və bu istiqamətdə bir sıra addımlar atılıb:

“Enerji sahəsində birgə layihələr, həmçinin, cənab Prezidentin İsrailə səfəri üçün hazırlıq gedirdi. Bilirsiz ki, Türkiyə tərəfinin münasibətlərdə dönüşü olmayan nöqtəyə çatmaq niyyəti yoxdur”-deyə diplomatik mənbə “RİA Novosti”yə bildirib.

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın son günlər Qəzzədəki fələstinlilərə dəstək bəyanatları ilə bağlı isə mənbənin sözlərində belə bir eyham var ki, sionist rejimin Qəzzədə fələstinli mülkiyə qarşı törətdiyi vəhşiliklər müsəlman dünyası, xüsusiylə də Türkiyə xalqını son dərəcə hiddətləndirdiyi üçün Ərdoğanın bu bəyanatı labüddür və jest xarakteri daşıyır:

“Qəzza zolağında ifrat qəddarlığa biganə qalmaq mümkün deyil. Ankara bir daha İsrail rəhbərliyini ehtiyatlı olmağa və danışıqlara çağırır”-, “RİA Novosti” Ankaradakı diplomatik mənbəyə istinadla bildirib.

İşğalçı sionistlərin son həftələr ərzində 7 mindən çox fələstinli mülkini o sıradan minlərlə uşaq və qadını vəhşiliklə qırğın etməsi Türkiyə xalqını son dərəcə qəzəbləndirib. Sosial şəbəkələrin Türkiyə seqmentində insanlar öz dövlətlərini bəyanatlar verməkdənsə işğalçı sionistlərə enerji nəqlini dayandırmağa çağırırlar.

“Kpler” analitik şirkətinin məlumatına görə may ayının ortalarından bəri qəsbkar sionist rejim gündəlik 220 min barrel xam neft idxal edib ki, bu miqdarın 60 faizi iki müsəlman ölkə , Azərbaycan Respublikası və Qazaxıstanın payına düşür. Bu neft kəmər vasitəsi ilə Türkiyənin Ceyhan limanına oradan isə işğal olunmuş ərazilərə daşınır.

2021-2023-cü illər ərzində Azərbaycanın İsrailə neft ixracının dəyəri barədə Gömrükdən verilən cədvələ əsasən isə 2021-ci ildə 510 milyon dollar təşkil edən Azərbaycanın sionist rejimə icrac etdiyi neftin dəyəri 2022-ci il üçün 1,3 və cari ilin sentyabr ayınadək isə 1,2 milyard dollar təşkil edir. Bu da İsrail rejiminə neft ixracatının ildırım sürəti ilə artdığını göstərir.

Azərbaycan Respublikası parlamentinin deputatı iqtisadiyyatçı Vuqar Bayramovun bildirdiyinə görə qəsbkar sionist rejimin xam neftə olan tələbatının 40 faizi Bakıdan təmin olur.

Məhz buna görədir ki, Sionist analitik Mixayil Finkel işğal olunmuş ərazilərdə hər bir yanacaqdoldurma məntəqəsi, tank yaxud hərbi təyyarənin Azərbaycan neftinin hesabına işlədiyini vurğulayır.

İran İslam Respublikasının Xarici İşlər Naziri Hüseyn Əmir Abdullahian 19 oktyabrda İslami Əməkdaşlıq Təşkilatının Ciddədə keçirilən fövqəladə iclasında cinayətkar İsrail rejimi ilə ticarət əlaqələrinə malik olan müsəlman dövlətləri bu rejimi boykot etməyə çağırdı. Hələ ki, fələstinlilərə dəsətk bəyanatları verən rəsmi Ankara və sionistlərin cinayətlərindən yan keçərək susmağa üstünlük verən rəsmi Bakı bu çağırışa münasibət bildirməyiblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button