ArxivXəbər lentiXəbərlər

Moskvada azərbaycanlıların bağlanan məscidi bu şərtlə yenidən istifadəyə verilib

Rusiyada azərbaycanlılar tərəfindən icarəyə götürülmüş Moskvanın Otradnıy rayonunda yerləşən və bu yaxınlarda sahibi tərəfindən bağlanan “İnam” məscidi həmyerlilərimizdən birdəfəlik geri alınmaq şərti ilə istifadəyə verilib.

“Report”un Moskva bürosunun məlumatına görə, bir neçə gündür texniki səbəblərə görə bağlı olan məscid artıq azərbaycanlıların məscidi kimi yox, ümumi məscid olaraq bu gün fəaliyyətini bərpa edib.

Qeyd edək ki, “İnam” məscidi Bakının eks-prokuroru Məmməd Quliyev və eks-prezident Ayaz Mütəllibovun təşəbbüsü ilə tikilib. Onlara bu işdə hər ikisinin ortaq dostu olan Orta Asiyadan olan iş adamı Rəşid Bəyazidov yardım edib. R.Bəyazidov məscid tikilişinə öz ərazilərindən birində şərait yaradıb. Hazırda məscid R.Bəyazidovun şəxsi əmlakıdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button