AktualAktualArxivXəbər lentiXəbərlər

Təl-Əviv Bakının təhlükəsizliyi və investisiyası hesabına vəkalət müharibəsi ardıncadır

Ərdəbil, Nir, Nəmin və Səreyn əhalisinin İslami Şura Məclisində nümayəndəsi deyib: “Dost və qardaş Azərbaycan Respublikasından gözlənti budur ki, bu ölkənin torpağını sionist rejimin vəkalət (proxy) müharibəsinə çevirməsin. Bakı bilməlidir ki, hər hansı siyasi gərginlik hamıdan əvvəl onların özünü yaxalayacaq. Bunun faydasını isə Təl-Əviv görəcək”.
Qafqaz Mədəniyyət Mərkəzi – Məhəmməd Feyzi “Xaneyi-millət”in müxbirinə verdiyi müsahibəsində pantürkizm hərəkətləri pisləyərək deyib: “Azəri dilli əhali iranlı olmaqlaqları ilə fəxr edirlər və biz iranlı kimliyin köklərinə qarşı hər hansı bir təcavüzə icazə vermərik”.
Ərdəbil, Nir, Nəmin və Səreyn əhalisinin İslami Şura Məclisində nümayəndəsi sionist rejimin İranın şimal bölgələrində seperatçılıq hərəkətlərinə də toxunaraq deyib: “Sionist rejimi qondarma “DAK”-ı dəstəkləməklə İranın şimal bölgələrində seperatçılıq hərəkətləri etməyə cəhd göstərir. Ancaq tarix sübuta yetirmişdir ki, İran İslam Respublikasında yaşayan azəri dilli əhali qədim zamanlardan indiyə kimi yadlar qarşısında İranın iqtidar və birlik sütunu olmuşdur”.
M. Feyzi əlavə edib: “Dost və qardaş Azərbaycan Respublikasından gözlənti budur ki, bu ölkənin torpağını sionist rejimin vəkalət (proxy) müharibəsinə çevirməsin. Bakı bilməlidir ki, hər hansı siyasi gərginlik və xaos hamıdan əvvəl onun öz yaxasından yapışacaq. Bunun faydasını isə Təl-Əviv görəcək”.
O vurğulayıb: “Türkdilli əhali İran camiəsindən ayrı bir əhali hesab olunmur ki, xarici məkirli planların seperatçılıq hərəkətləri baş tuta bilsin”.
Feyzi sonda bunu da bildirmişdir ki, xarici kəşfiyyat orqanlarının nəzarəti ilə hərəkət edən DAK öz seperatçılıq planlarını ən çox az inkişaf etmiş bölgələrdə həyata keçirməyə təlaş edir. Az inkişaf etmiş məntəqələrdə investisiya qoymaq və yoxsulluğu aradan qaldırmaq bunun çıxış yoludur və bu məsələyə ciddi şəkildə diqqət olunmalıdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button