ArxivIslamXəbər lentiXəbərlər

Dünya şöhrətli aktyor Aşura məclisində

Dünya şöhrətli amerikalı aktyor, 4 dəfə Oskar qazanmış Morqan Friman Londondakı Əl-Xoyi Hüseyniyyəsində keçirilən Aşura mərasiminə qatılıb.

Bəzi sosial medialarda onun bu addımı İslamı qəbul etməsi kimi təqdim edilsə də, əslində onun bu məclisə gəlməsinə səbəb “National Geographic”in çəkdiyi “Allahın heykayəsi” adlı sənədli filmdir. Amma onun nəyə görə məhz Aşura məclisinə qatılması məlum deyil.

Xatırladaq ki, Morqan Friman “The Human Factor adlı” yeni filmdə Cənubi Afrika Respublikasının keçmiş dövlət başçısı Nelson Mandelanın rolunu oynayır. Frimanın şirkəti “Revelations Entertainment” tərəfindən çəkiləcək filmin senarisini Cənubi Afrikalı yazıçı Antoni Pekham yazıb.

Oskar mükafatçısı olan aktyor Morqan Friman, keçən il Cənubi Afrika Respublikasına gedərək Mandela ilə məsləhətləşdiyini deyərək, bu gün 88 yaşında olan Mandelanı canlandırmaq onun üçün çox fəxr olduğunu bildirib. (faktxeber.com)

Dünya şöhrətli aktyor Aşura məclisində

Dünya şöhrətli aktyor Aşura məclisində

Dünya şöhrətli aktyor Aşura məclisində

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button