ArxivXəbər lentiXəbərlər

Yeni açılan məsciddə 10 min müsəlman bayram namazı qıldı- Fotolent

Moskva Baş məscidində 10 mindən çox müsəlman bayram namazı qılıb

Bu gün Moskva Baş məscidinə bayram namazı qılmaq üçün 10 mindən çox müsəlman toplaşıb.

Qafqaz.ir  “İnterfaks-reliqiya”ya istinadən xəbər verir ki, yeni altımərtəbəli Baş məscid ona bitişik məkana kimi möminlərlə doludur.

Xəbər verdiyimiz kimi, ötən gün Məscidin təntənəli açılışı mərasimi baş tutub.

“Siz – əziz nənələr və babalar, tələbələr, gənclər, ahıl insanlar və uşaqlar tikinti üçün vəsait gətirdiniz, onları öz təqaüdlərinizdən, ailə büdcənizdən ayırdınız. Heç bir böhrana baxmayaraq, ən böyük dəyərə malik bu pullarla birgə ruhunuzun bir hissəsini də buraya qoydunuz.”, – Rusiya Müftiləri Şurasının rəhbəri Ravil Qaynutdin Moskva Baş məscidindəki moizəsində bildirib.

Onun sözlərinə əsasən, “müsəlmanlar məscidin tikilişində nə federal hökumət, nə də Moskva büdcəsinə yük düşməsinə imkan verdilər”: “Biz birlikdə güclüyük, birik, tikəcəyik və quracağıq. Dinimizi möhkəmləndirəcək, ruhumuzu və düşüncələrimizi təmiz saxlayacağıq.”

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button