Aktual

Sanki bu xalqın mənəvi, ədəbi, mədəni irsi – Məhərrəmlik

mərasimi yalnız və yalnız dinini ciddi yaşayan dindar vətəndaşlara qalıb. Niyə? Axı hər bir azərbaycanlı ziyalı bilir ki, millətimizin, xalqımızın tarixən bir məfkurə ətrafında birləşməsinə, bir millət kimi mövcud olmasına və hazırda da həmin kodlar ətrafında birləşməsinə ən böyük səbəb islami dəyərlərimizdir. Və bu dəyərlər arasında da Məhərrəmlik ayinləri xüsusi çəkiyə, paya malikdir. Birbaşa günahı mən dövlət qurumlarında görürəm. Hara baxır dini təyinatlı müvafiq qurumlar, hara baxır mədəniyyət, nazirliyi, KİV qurumları?!! Niyə bu mərasimə belə soyuq yanaşılır?! Teleefirlər, mətbuat-konfrans zalları niyə bu məsələ ilə bağlı tədbirlərə həsrət qalıb? Axı bunu bizə, babalarımız Füzuli, Nəsimi, Şirvaini, Sabir irs qoyub. Məgər bu onlara xəyanət deyilmi?! Hansı telekanalı açırsan, soyunmuş müğənnilər rakkıdı-çıkkıdı vurur. Bütün dünya müsəlmanları Peyğəmbərin (s) əziz balasına ehtiram etdiyi zamanı biz nə ilə məşğuluq?! Axı bir müsəlman Azərbaycan xalqı kimi bizim milli təfəkkürümüzdə xüsusi paya malikdir bu hadisə. Klassik ədəbiyyatımızın demək olar ki 70 faizi bu mövzuya – mərsiyə ədəbiyyatına həsr olunub axı. Bəlkə də, heç bir xalq biz qədər əhli-beytsevər olmamışdır. Niyə unikallığımızı itirməliyik ki?! Qarabağ boyda dərdi olan, 30 minə yaxın şəhidlik kimiliyinə malik ölkə üçün Aşura hadisəsinin nə qədər önəmi var?!! Bunu dərk etmirikmi?!!

20933194

İslamın diri qalması üçün, dinin təhrif olmaması üçün, Quranın və İslam məktəbinin mənfur əllərə keçməməsi üçün, yəni öz saflığını, orijinallığını qorumaq üçün Həzrət Hüseyn əleyhissalam canından, qanından, əziz övladlarının sağlığından keçdi. Və bununla da insalığın əsl meyarı – ədalətin qorunmasını dünyaya irs qoydu. Və bütün bu fəlsəfənin bizə – indiki dövrə gəlib çatması Məhərrəm ayının ayinləri, proqramlarıdır. Bu baxımdan müqəddəsliyə malik bir məna, məzmun daşıyır bu ay.

Başa düşmək olmur ki, nə istəyirik. Çox qarmaqarışıq, çox dolaşıq. Gah beynəlxalq, ölkə səviyyəli islami tədbirlərə üzümüzü açırıq, gah da ki əsrlər boyu, çətin sınaqlardan keçib gəlmiş xalqımızın dini təfəkkürünə, dini yaşayışına soyuq, bəzən də düşmən münasibət bəslənir.

Məşhur ədəbiyyatşünas Fürudin bəy Köçərlinin bu mərasim barədə dəyərli fikilərini nəzərdən keçirək: “Əgər iradü etiraf olunsa ki, kədər ilə səfa və qəm ilə sürur və yaş ilə nur bir yerdə ola bilməz, bunlar bir yerdə olduğu halda uyuşmaz, onda deyə bilərik ki, bəli, Imam Hüseyn müsibətində bir feyz vardır, bir yandan ağladır, bir yandan nuraniyyət bəxş edib şad qılır, bir yandan qəmləndirir, bir yandan qüssədən azad edir. Bir yandan şikəstəvü pərişanhal edir, bir yandan uca məqamlarda dövr etməyə pərü bal verir. Bu feyzü bərəkət, bu qeyri adi halət və xüsusiyyət ancaq Seyyidüş-şühəda müsibətü əzasına müxtəssdir, ancaq mahi-mühərrəmdə tərtib olunan təziyələrdə hiss olunur…”

Ədəbiyyat sahəsində də ürəkağrıdıcı hallar yaşanır, tədqiqatçılar Azərbaycan ədəbiyyatının sanki bir qolunu unudublar. Azərbaycan ədəbiyyatında aşıq ədəbiyyatı folklorla birlikdə çox geniş öyrənilib. Divan ədəbiyyatımız da yaxşı tədqiq olunub. Ancaq həm aşıq ədəbiyyatından, həm də divan ədəbiyyatından yüksəkdə olan mərsiyə ədəbiyyatı diqqətdən kənarda qalıb.
Allah sənə rəhmət eləsin, dahi Füzuli:

Mahi mühərrəm oldu məsərrət həramdır
Matəm bu gün şəriətə bir ehtiramdır
Təcdide matəmi şühəda nəfsiz deyil
Qiflət sərayi dəhridə tənbihi ammdır
Ğoğayi Kərbəla xəbərin səhl sanma kim
Nəqsi vəfayi dəhrə dəlili təmamdır
Hər zərrə əşk kim tökülür zikri al ilə
Səyyareyi sepehr, ülüvü məqamdır
Hər dəmdə Ah ki çəkilür əhli-beyt içün
Miftahi rozeyi darüssəlamdır …

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button