ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

AXCP sədrinin müavini saxlanılıb, izahatı alındıqdan sonra sərbəst buraxılıb

fevralın 26-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli, Milli Şuranın funksioneri Tofiq Yaqublu və digər fəallar Xocalı faciəsi qurbanlarının “Ana harayı” abidəsini ziyarət edərkən AXCP sədrinin müavini Seymur Həzi polis tərəfindən saxlanılıb. Polisdə onun izahatı alındıqdan sonra o, sərbəst buraxılıb.

AXCP bildirir ki, Milli Şuranın rəhbərliyi Xocalı faciəsinin 29-cu ildönümü ilə bağlı “Ana harayı” abidəsini ziyarət edərkən özünü jurnalist kimi təqdim edən Ata Abdullayev AXCP sədri Əli Kərimli və partiya üzvlərini təhqir etməyə cəhd edib.

“Buna etiraz edən Seymur Həzi Abdullayevə “səndən yaxşı heç kəs İlham Əliyevi təmsil edə bilməz…” deyəndən sonra polis əməkdaşları Seymur Həzini naməlum istiqamətə aparıblar,” AXCP bildirir.

Xatırladaq ki, Ata Abdullayev adlı şəxslə ötən il fevralın 26-da da oxşar insident yaşanıb. Yaranmış insidentdən sonra onun şikayəti əsasında Azadlıq qəzetinin müxbiri Təzəxan Mirələmli bir il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Seymur Həzi bildirib ki, onu Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə aparıblar.

“Bölmədə hadisə ilə bağlı izahat yazdırdılar. İzahatımda bildirdim ki, heç kimi təhqir etməmişəm və qanunu pozmamışam”.

AXCP sədri Əli Kərimli deyib ki, hər il ziyarətlər zamanı hakimiyyət eyni problemi yaradır.

“Bununla Azərbaycan xalqının Milli Şuraya münasibəti dəyişən deyil,” o qeyd edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA agentliyinə bildirib ki, AXCP üzvü bu gün “Ana harayı” abidəsini ziyarət edən zaman ona yaxınlaşaraq sual verən blogerə qarşı nalayiq ifadələr işlədib.

“Bundan sonra blogerin müraciəti əsasında Seymur Həzi polis bölməsinə aparılıb. Orada onunla profilaktik söhbət aparıldıqdan sonra izahatı alınaraq sərbəst buraxılıb.”

AXCP sədrinin müavini, Azadlıq qəzetinin şərhçisi Seymur Həzi bundan əvvəl 2014-cü il avqustun 29-da həbs edilib.

Dayanacaqda Məhərrəm Həsənov adlı şəxsi su şüşəsi ilə vurmaqda suçlanan siyasətçi Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşya vasitəsilə xuliqanlıq) maddəsi ilə 5 il azadlıqdan məhrum edilib.

Seymur Həzi həbsinin səbəbini jurnalist fəaliyyəti ilə əlaqələndirib.

O, 2019-cu il avqustun 29-da azadlığa buraxılıb.

qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button