ArxivXəbərlər

Görsənməyən mesajlar insana necə təsir qoyur?

Televiziya və kinoteatrlarda gözümüzlə görə bilmədiyimiz, amma birbaşa şüuraltımıza təsir edən kadrlara subliminal mesajlar deyilir. Sözüötən şüuraltı mesajlardan bir neçə vasitələrlə istifadə edilir:


1.Səs vasitəsilə. Bizim qulağımız yalnız müəyyən dalğa tezliklərindəki səsləri eşitsə də amma beynimiz qulağımızla eşidə bilmədiklərimizi asanlıqla qavraya bilir.
2.Gözlə görünməyəcək qədər tez görünüb itən görüntülər. Buna 25-ci kadr deyilir.
3.Reklam afişalarının hansısa bir yerində gizlədilən, gözlə görünməsi çətin olan görüntülər.
Bu cür şüuraltı mesajlardan hər hansı bir markanı reklam etməkdən tutmuş, hansısa bir dini təhqir etməyə qədər istifadə edilir. Demək olar ki, dünyada bu texnikadan istifadə etməyən yoxdur.
25-Cİ KADR NƏDİR? Bizim gözlə gördüyümüz bir anlıq görüntü 655 sətr və 24 kiçik kadrdan ibarətdir. Yəni, bir saniyə 24 kadrdan ibarətdir və biz ancaq bu qədərini gözlə görə bilirik. Filmlərdə və ya digər görüntülərdə saat, dəqiqə, saniyə deyilən bir düzülüş var. Saniyədən sonra kadr gəlir və bir saniyə 24 kadrdır. Hər 24 kadr isə ekran böyüklüyündə kadr əmələ gətirir. Hər 327.5-ci sətirdən bir “control-track” deyilən bir ara verilir. Həmin bu aralıqdakı görüntülər kəsilib aralarına başqa görüntülər atılaraq 25-ci kadr duzəldilir. 25 kadr gözlə görülməyəcək qədər tez görünüb, yox olan görüntülərdir. Bunlar gözlə görünmür, amma bu proses şüuraltı baş verdiyindən orada saniyənin 3-də 1 aralığında təsir qoyur. Beləliklə bu gizli mesajlardan istifadə edənlər çox rahatlıqla öz məqsədlərinə nail olurlar.
GÖRSƏNMƏYƏN MESAJLAR NECƏ TƏSİR QOYUR? Cavab çox sadədir. Biz gözlə gördüklərimizi ayırd edə, istədiyimizə baxa bilirik, istəmədiklərimizə isə yox. Həmçinin istədiyimizi dinləyir, istəmədiklərimizi dinləmirik. Yəni bizə təqdim olunanları şüurlu şəkildə qəbul, ya rədd edə bilirik. Amma biz 25-ci kadrı görə və ya duya bilmirik. İnsan görə ya eşidə bilmədiyi bir şeyi necə qəbul və ya rədd edə bilər? Əlbəttə bu mümkün deyil.
Elə subliminal mesajlardan istifadə edənlərin əsas hədəfi budur ki, insanlar hiss etmədən onların beynini zəhərləsinlər, istədiklərini beyinimizəə yeritsinlər.
25-Cİ KADRIN TARİXÇƏSİ. Bu texnikadan ilk dəfə XX əsrin ortalarında ABŞ-da istifadə olunub. Belə ki, Ceyms Vicary adlı reklam mütəxəssisi bunu ilk dəfə kinoteatrda həyata keçirir. O, insanların film izlədiyi zaman gizli, gözlə görünməyəcək, şüurla qavranılmayacaq, amma şüuraltının qavrayacağı qədər tez və gizli şəkillərlə “kola ic”, “popkorn ye” kimi yazılardan istifadə edir. Bundan sonra kolanın satışının 18,1 faiz, popkorn satışının isə 57,7 faiz artdığını müşahidə olunur.
ƏSAS HƏDƏF UŞAQLARDIR. Təəssüflər olsun ki, şüuraltı mesajlardan mahnılarda, cizgi filmlərində, reklamlarda qeyri-qanuni şəkildə istifadə olunur. Uşaqlara sevgini, mərhəməti, dostluğu, mərdliyi və s. kimi gözəl xüsusiyyətlər aşıladığını zənn etdiyimiz cizgi filmlər əslində pornoqrafik şəkilləri, pis və şiddətli davranışları təlqin edir. Uşaqlarımız hiss etmədən o cür qeyri-əxlaqi görüntüləri şüuraltıyla qavrayır və bu da uşaqların şəxsiyyətinin formalaşmasında rol oynayaraq gələcəkdə verəcəkləri qərarlara təsir qoyur. Çox məşhur cizgi filmi ssenaristləri hələ kiçik, ya da böyüməkdə olan uşaqlarımızın beynini istədikləri yöndə istismar edirlər. Üzdə çox məsum və tərbiyəvi əhəmiyyət daşıdığını güman etdiyimiz bəzi cizgi filmlərə diqqət etdikdə mənzərənin tamam başqa cür olduğunun şahidi olarıq.
“CALLİOU”. Son vaxtlar dünyanın bir çox ölkələrində geniş izləyici kütləsi qazanmış Calliou cizgi filminə nəzər salaq. Fransa yazıçısı Kristin L’Heureux ve rəssam Helen Desputauxnun müştərək işi olan cizgi filmi qəhrəmanı Kayu (Calliou) dünyada 2-6 yaş arası uşaqları fanatizmə sövq edir. Kayu ilk dəfə Kanadada kitab formasında işıq üzü görmüş, daha sonradan isə cizgi serialı olaraq televizyalarda yayımlanmışdır. Hətta İsveçrə, İspaniya, Almaniya, Dubay və 50-dən çox başqa ölkədə bu cizgi filmi izləyicilərin sayına görə rekord qırıb. Cizgi filminin qəhrəmanı ağ qan hüceyrəsi daşıyıcısı olan bir xəstə uşaqdır. Filmə tamaşa edən bir çox ailələr artıq şikayət etməyə başlayıblar və uşaqlarda yaratdığı pis vərdişlərdən narahat olduqlarını bildirirlər. Bu cizgi serialı ata-ana və 2 uşaqdan ibarət kiçik bir ailədən söz açır. Burada hər şey 4 yaşlı Kayunun ətrafında baş verir, o nə deyirsə, valideynləri qulaq asırlar. Kayunun balaca bacısı isə diqqətsiz qalır, sadəcə bir fiqur kimi istifadə edilir. Evdə hər şey Kayunun istədiyi kimi olur, o, heç vaxt “yox” cavabı eşitmir, ata və ana həmişə təmkinlə davranır, hisslərini biruzə vermirlər.
Bu cizgi filmini seyr edən uşaq hərhal da özü üçün də belə bir ailə arzu edər, hətta anasına “mən Kayunun anasını istəyirəm” deyə bilər, ya da “Kayunun anası ona bu işi görməyə icazə verir, amma sən buna qarşı çıxırsan” deyə anasına etiraz edə bilər. Bu da valideynlərin özlərini haqsız, günahkar hesab etmələrinə, öz övladları üçün yaxşı valideyn ola bilmədiklərini düşünmələrinə səbəb ola bilər.
Kayu cizgi filmi hazırda dünyada böyük bir bazar təşkil edir, yəni məlum cizgi filminə baxan hər uşaq cizgi filminin aksessuarlarını istəyirlər. Bu təmin edilmədikdə, ailədə xoşagəlməz hallar yaşanır.
“THE SMURFS”. Uşaqların sevərək izlədiyi digər cizgi filmlərdən biri də “The Smurfs”- Şirinlərdir. Bu cizgi filmi açıq-aşkar kommunizmi təbliğ edir. Bəlkə də bu, çoxuna təəccüblü gələ bilər, amma cizgi filmini diqqətlə izlədikdə bunun bir reallıq olduğunu görürük. Bu cizgi filmi sosialist Peyoya aiddir. Dediyimiz cizgi film bir müddət Amerikada qadağan olunub. Əvvəlcə şirinlərin ingiliscə yazısının açıqlamasına baxaq: “Small men under red flag”- qizil bayraq altında yasayan balaca adamlar. İndi isə cizgi filmində kommunizmin atributlarına nəzər salaq:
-Bu cizgi filmində kimsə müqəddəs bir məbəd, məscid, kilsə ilə rastlaşıbmı?
-Ya şirinlərin puldan istifadə etdiyini görübmü?
-Şirinlərin rəhbəri kimdir? Qırmızı papaqlı, ağ saqqallı Şirin baba. Bildiyimiz kimi kommunizmin simvolik rəngi qırmızıdır, ağ saqqallı şirin baba isə kommunizm tərəfdarı Karl Marksı canlandırır.
-Bu cizgi filmdə olan tənbəl Şirini də xatırlayaq, heç bir iş görməməsinə, bütün günü yatmasına rəğmən heç vaxt ac qalmır, çünki bu kənddə hər şey hamıya bərabər paylanılır.
-Burada olan çiyələk tarlası təkcə bir nəfərə aid deyil, hər kəsə aiddir.
-Şirinlərin düşməni Qarqamel keşiş cübbəsi geyinir və dini simvolizə edir. Qarqamel kapitalizmin simvoludur, pul və qızıl düşkünüdür.
-Qarqamelin pişiyi isə ABŞ-ın ətrafından ayrılmayan ölkələrin simvoludur, bu pişiyin adı Azmandır, amma orijinal adı isə Əzrayıldır.
-Cizgi filmində çox fərqli ünsürlər var. Məsələn, “Şirinə” feminizmi, “Yaraşıqlı” homoseksuallığı təmsil edir.
Bu cizgi filmində ən önəmli məqam isə qadın düşmənçiliyidir. Böyük bir kənddə yalnız bir qadın var- Şirinə. Bəs bu Şirinə hardan ortaya çıxır? Bu cizgi filminin mənfi obrazı olan Qarqamel şirinləri məğlub etmək, nifaq salmaq üçün bir qadın yaradıb, onların yanına göndərir. Bu qadın pislik etməyə çalışsa da, Şirin babanın sehrli tilsimi nəticəsində yaxşı olur, qara saçları belə sarı rəngə çevrilir. Bu, həm açıq-aşkar irqi ayrıseçkiliyi təmsil edir.
Qeyd edək ki, Disney kompaniyasının hazırladığı cizgi filmlər adətən mənfi xarakter daşıyır və buna görə də uşaqları bu kompaniyanın hazırladığı cizgi filmlərdən ciddi şəkildə uzaq tutmalıyıq.
Uşaqların həvəslə baxdığı digər cizgi filmlərinin əslində nələri təbliğ etdiyinə qısa olaraq nəzər yetirək.
“Inspector Gadget” cizgi filmində müstəqil düşüncəsi olmayan, şüursuz, robot beyinli insanlar təbliğ olunur.
“Looney Tunes” cizgi filmindəki canavar xarakteri ilk dəfə 1954-cü ildə “Devil May Here” (“Şeytan Burada Olabilər”) adlı çizgi filmində obrazlaşdırılıb. Bu canavar çox qəzəblidir və qabağına çıxan hər şeyi parçalayır. Şeytan kimi buynuzları var və həmişə dili bayırdadır. Xatırladaq ki, dil seksi simvolizə edir və bu, yavaş-yavaş uşaqlara aşılanır. Və ən pis hal isə sonda bu canavarın öz doğma bacısına təcavüz etməsidir.
“Adventure Time” cizgi filmində şeytan ayinləri təbliğ edilir. Bu cizgi filmində şeytanın düşmənləri ilə mübarizə göstərilir və bir çox subliminal mesajlar verilir. Xarakterlər şeytanın irqindən yaradılıb və həmin xarakterlər qeyri-adi güclə malikdirlər.
“Ben Ten” cizgi filmi 17 uşağın intiharına səbəb olub.
“Kim Possible” cizgi filmində Kim Possible ən yaxın oğlan dostu Ron tərəfindən təcavüzə məruz qaldıqdan sonra qətlə yetirilir və cəsədi ən pis düşməninə hədiyyə edilir.
“The Powerpuff Girls” cizgi filminin əsas mövzusu Avropada cahiliyyət dövrünün boşluqlarından yararlanan bir keşişin törətdiklərindən götürülüb. Bu keşişin yoldaşı, uşaqları rusların qətliami nəticəsində öldürülür. Və bu keşiş tək qalaraq pis işlərlə məşğul olmağa başlayır. 3 qızı “cənnətə gedəcəksiz” deyib aldadaraq öz cinsi ehtiyaclarını ödəyir. Bu keşiş qızlardan başqa məqsədləri üçün də istifadə edir. Bu gözəl qızları düşməni olduğu aristokratlara göndərir və bu qızlar da onları öldürür. O, bunun sayəsində Avropada böyük nüfuz qazanır. Bu cizgi filmində professor keşişi, Poverpuff qızları isə keşişin hərəmxanasını, Mojo Jojo isə keşişin düşmənlərini təmsil edir.
“Süngər bob” cizgi filmində 7 xarakter xristianlıqdakı 7 günahı təmsil edir: Squidvard- təkəbbür, Gary- acgözlük, Sünger bob- şəhvətpərəstlik, Plankton- qısqanclıq ve həsəd, Sandy-hirs və qəzəb. Patrick- tənbəllik.
“Daffy Duck və Bugs Bunny” cizgi filmində bu iki xarakter bir-birinə düşmən sayılır. Çünki Daffy Duck qara dəriliyi, Bugs Bunny isə ağ dərili insanları təmsil edir. Bu cizgi filmi ağdərili insanlarla qaradərili insanların heç vaxt yola gedə bilməyəcəklərini, qaradərililərin həmişə pis, çirkin qəlbli olduqlarını bildirir, onların ağdərililərə pisliklər edəcəklərini və ağdərili insanların onlardan üstünlüyünü dolayı yolla aşılayır. Bir sözlə, bu cizgi filmi irqi ayrıseçkiliyi təbliğ edir.
“Yogi Bear” cigi filmi uşaqlara oğurluğun çox əyləncəli bir iş olduğunu aşılayır.
“Popeye” cizgi filmi iki dostun bir qıza görə pozulan dostluğunu nümayiş etdirir və siqaret çəkməyin faydalı olduğunu təbliğ edir.
“Hey Arnold” cizgi filmində Helga Pataki homoseksuallığı təbliğ edir.
VALİDEYNLƏRİN VƏZİFƏSİ. Çoxlu döyüş səhnələri, qeyri-adi canlıları olan cizgi filmlərində şüuralti mesajları yerləşdirmək çox asandır. Belə olan halda valideynlərin vəzifəsi nədən ibarətdir?
Demək olar ki, cizgi filmi izləməyən uşaq yoxdur və dolayısı ilə bütün uşaqlar bu təhlükə ilə üz-üzədir. İlk öncə bu məsələdə valideynlər özləri məlumatlı olmalıdırlar və hər cizgi filmini övladlarına izlətdirməməlidirlər. Ən əsası bütün gününü televizor qarşısında keçirən uşaqlar nə öz ailəsinə, nə də cəmiyyətə faydalı ola bilərlər. Uşaqlarının seyr edəcəyi cizgi filmlərini valideynlər öncədən özləri seçməlidirlər. Bir neçə cizgi filmi seçərək uşaqlara təqdim etmək olar. Yəni valideyn öz məsləhət bildiyi bir neçə cizgi filmini övladının seçim etməsi üçün təqdim etməlidir. Qarşısında bir neçə seçim olan bir uşaq mütləq onların arasından birini seçəcəkdir. Bu zaman həm valideynin istəyi həyata keçir, həm də uşaqlar valideynləri tərəfindən onlara hörmət qoyulduğunu, onların da nəyisə seçmək hüququ olduğunu düşünürlər.
Övladlarınızla çox vaxt keçirin, hətta izlədiyi cizgi filmi haqda da onlarla söhbət edin, bu mövzuda onları istiqamətləndirin, hadisələrə yaxşı tərəfdən baxmalarına şərait yaradın. Yeməyi ailəlikcə yeyin, hətta bunu bir adət halına gətirin, bu ailə üzvlərinin bir-birinə daha da yaxın edəcək./idrak.info/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button