Azərbaycanın təhlükəsizlik orqanları ötən bir neçə ildə ölkədə fəaliyyət göstərən 86 terrorçunun saxlanılması və mühakimə edilməsindən xəbər veriblər.
Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti cümə axşamı terrorizm ilə mübarizə sahəsində görülmüş işlərlə bağlı bir hesabat yayaraq, bildirib: Bu müddət ərzində 16 terrorçu da təhlükəsizlik qüvvələrinə silahlı müqavimət göstərdiyi üçün, öldürülərək, zərərsizləşdirilib.
Bu məlumata görə, DTX-nin terrorizmə qarşı mübarizə əməliyyatları çərçivəsində 258 nəfərin vətəndaşlığı ləğv edilib.
Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin başçısı Mədəd Quliyev bir müddət öncə İraq və Suriyada 900 azərbaycanlının terrorçulara qoşulduğunu və onların çoxunun döyüşlərdə öldürüldüyünü bildirmişdi.