ArxivXəbər lentiXəbərlər

Ermənilər Azərbaycan ərazilərini geri qaytarmağa hazırlaşırlar

Azərbaycan ərazilərinin geri qaytarılması məsələsi müzakirə oluna bilər.

Oxu.Az ölkə.az-a xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Altıncı ümumerməni “Ermənistan-Dispora” forumununda jurnalistlərin suallarına cavab verərkən bildirib. Onun sözlərinə görə, bəzi ərazilərin geri qaytarılması Qarabağ münaqişəsinin həllində problem yaratmaz.

Tədbirdə iştirak edən aysor.am saytının əməkdaşı qeyd edib ki, E.Nalbandyan danışıqlar barədə ətraflı açıqlama verməyib.

“Söhbət o ərazilərdən gedir ki, Qarabağa nə təhlükəsizlik, nə də inkişaf baxımından təhlükə yaratmır. Proses barədə ətraflı açıqlama verə bilmərəm. Bu danışıqların gedişatına mənfi təsir göstərə bilər”, – deyə E. Nalbandyan bildirib.

Qeyd edək ki, “aysor.am” saytı Ermənistanın hökumətyönümlü mətbuatından sayılır. Həmişə Ermənistan hökuməti qeyri-rəsmi demək istədiklərini bu sayt vasitəsilə yazırlar.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button