ArxivXəbər lentiXəbərlər

Avropa mediası oyunlar ərəfəsində Azərbaycan hakimiyyətinə tənqidlər yağdırır

Avropanın bir sıra beynəlxalq təşkilatlarının Azərbaycan Respublikası hakimiyyətinə qarşı geniş tənqidlərindən sonra, Avropa mediası da tənqidi yazılara başlayıb. Almaniyanın “Berliner Zeitung” qəzeti yazır: “Bakıda keçiriləcək ilk Avropa Oyunlarına 100 gündən də az qaldığı bir vaxtda ”Amnesty International” hüquq-müdafiə təşkilatı turnirə “ev sahibliyi” edəcək Azərbaycan rəhbərliyini tənqid edib. İyunun 12-dən 28-dək keçiriləcək Avropa Oyunlarının təşkilatçıları isə deyir ki, insan hüquqları və media azadlığının qorunacağına əmindirlər. “Azərbaycanın ali hakimiyyət orqanları bizə zəmanət verib ki, Avropa Oyunları zamanı Olimpiya Xartiyasının bütün prinsiplərinə əməl olunacaq”, – deyə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki deyib. Almaniya Olimpiya oyunları Konfederasiyasının baş direktoru Maykl Vesper da təsdiqləyib ki, Azərbaycanda söz və mətbuat azadlığına qarşı güclü hücumların olduğu barədə məlumatlıdır: “Biz Bakıya səfərimizdən istifadə edib, yerində insanlarla da danışmaq istəyirik”. “Der Spiegel” jurnalı da Birinci Avropa Oyunlarının keçiriləcəyi ölkədə insan hüquqlarına qətiyyən hörmət olunmamasından, bütün tənqidçi səslərin repressiyalara məruz qalmasından yazır. Britaniyanın “The Daily Mail” qəzeti də qeyd edir ki, Azərbaycanda müxalifətçilərin, tənqidçi jurnalistlərin saxta ittihamlarla həbs edilməsi geniş yayılıb. Britaniyanın “The Economist” nəşri bu mövzuda hazırladığı materialda vurğulayır ki, Azərbaycanın paytaxtı Bakı şəhərində Avropa Oyunlarına hazırlıqla bağlı qızğın işlər gedir. Bu ölkədə son bir il ərzində hakimiyyəti tənqid edən çoxlu sayda hüquq müdafiəçiləri və jurnalistlər həbsxana həyatı yaşamağa məcbur edilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button