ArxivXəbər lentiXəbərlər

Daha bir erməni əsgər ölüb

Ermənistanda daha bir əsgər ölüb.

Qafqaz mədəniyyət mərkəzi saytı “news.am”a istinadən xəbər verir ki, ölən əsgər milliyətcə erməni olsa da, o, müqavilə ilə Rusiya Federasiyasının Ermənistanda yerləşən sərhəd qoşunlarında xidmət edirmiş. 26 yaşlı Artur Afyan adlı əsgərin meyiti Ermənistanın Şiraj vilayətindəki Maisyan kəndində asılmış vəziyyətdə tapılıb.

O, bu il fevralın 21-dən yoxa çıxmışdı. Onun arvadı elə həmin gün ərinin itkin düşməsi ilə bağlı polisə müraciət etmişdi. Müqavilə ilə xidmət edən erməni əsgərin arvadı Alvard Mkrtçyan bildirib ki, sonuncu dəfə telefonla danışanda əri onunla vidalaşıb və bir daha heç vaxt görüşə bilməyəcəklərini söyləyib.

Ermənistan mediası Artur Afyanın özünü öldürməsinə səbəb kimi onun ailəsinin borcunun olması ehtimalını göstərib.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button