AktualArxivIslamXəbər lentiXəbərlər

Ayətullah Amili: İranın Azərbaycan xalqına mənəvi dəstəyində heç bir şübhə ola bilməz

Ayətullah Amili: İranın Azərbaycan xalqına mənəvi dəstəyində heç bir şübhə ola bilməz

Vəliyyi-Fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsi və Ərdəbil şəhərinin imam cüməsi deyib: Azərbaycan xalqının izzət və kəraməti İran üçün çox önəmlidir. İranlıların öz azəri qardaşlarına mənəvi dəstəklərində heç bir şəkk-şübhəyə yol vermək olmaz.

Qafqaz Mədəniyyət Mərkəzi – Həzrət Ayətullah Seyid Həsən Amili çərşənbə axşamı Azərbaycan Respublikasının bir qrup elmi, media şəxsiyyəti, partiya və ictimai birliklərin nümayəndələrini qəbul edib. Görüşdə Şeyx Səfiyəddin Türbəsi Kompleksinin Qəyyumlar Heyətinin Üzvlük Hökmü Azərbaycanın tanınmış şərqşünası və tədqiqatçısı Zərdüşt Əlizadəyə təqdim edilib.

Ayətullah Amili bu görüşdə deyib: “İran və Azərbaycan ölkələri köklü ortaq mədəniyyətə malikdirlər və iki ölkə münasibətləri genişlənməkdədir”.

Vəliyyi-fəqihin nümayəndəsi əlavə edib: “İran və Azərbaycan iki qardaş və müsəlman ölkə olaraq çox yaxşı iqtisadi və siyasi əlaqələri vardır. Hal-hazırda iki tərəf arasında səmimi münasibət və anlaşma mövcuddur”.

“Son illərdə ikitərəfli iqtisadi və ticarət əlaqələrinin güclənməsi və genişlənməsi müşahidə olunur. Bu münasibətlərin daha da genişlənməsini istəyirik”-deyə, imam cümə vurğulayıb.

Ayətullah Amili qeyd edib ki, İran və Azərbaycan prezidetnləri ikitərəfli münasibətləri gücləndirmək məqsədilə ötən üç ildə yeddi dəfə görüş keçiriblər və cənab İlham Əliyev bir neçə gündən sonra İrana səfər edəcək.

O, əlavə edib: “Ermənistanın Azərbaycan torpağı olan Qarabağı işğal etməsindən çox narahatıq. İran döyüşçüləri üçün imkan yaradılarsa, Qarabağı azad etmək üçün bu müharibədə mütləq iştirak edərik. Çünki Ali Məqamlı Rəhbər buyurmuşdur ki, Qarabağın azadlığı uğrunda ölən döyüşçü şəhiddir”.

Vəliyyi-fəqihin nümayəndəsi İran və Azərbaycanın ortaq tarix və mədəniyyətinə də işarə edərək deyib: “İran-Azərbaycan diplomatik münasibətlərin artması Ermənistanı bərk narahat edir. Ancaq İran onların narahatlığına əhəmiyyət vermir. Çünki İran İslam Respublikası Azərbaycan və onun xalqına həmişə çox böyük xeyirxah olmuşdur. Hətta, daha artıq anlaşma yaransın deyə, iki ölkə xalqının asan gediş-gəlişi üçün viza rejiminin tamamilə ləğv edilməsinin tərəfdarıyıq”.

Ayətullah Amili bəyan edib ki, Amerika və Rusiya regionun məsələlərinə müdaxilə etmək məqsədilə regionda özləri üçün giriş yeri yaratmaq ardıncadırlar. Qarabağ da bu siyasətin qurbanı olaraq işğal edilmişdir.

İslam İnqilabının qələbəsindən sonra 38 ildir ki, Amerika İranı davamlı surətdə təhdid və sankiyalar tətbiq etmişdir. İrana qarşı 200 peyk kanalının işə salınması bu ölkələrin İran və Azərbaycana qarşı kin-küdurətini göstərir”.

Seyid Həsən Amili vurğulayıb: “İran,  Azərbaycan Respublikasının ərazi bütövlüyünə və xalqının izzətinə çox böyük önəm verir. Biz özümüzü Azərbaycan xalqı ilə qardaş bilirik və Azərbaycanı öz ölkəmiz hesab edirik. Azərbaycanın izzəti bizim izzətimiz, onun zilləti bizim zillətimizdir”.

Görüşün davamında Azərbaycanın tanınmış şərqşünas və tədqiqatçısı Zərdüşt Əlizadə deyib: “İran İslam Respublikası Azərbaycanın müsəlman xalqının ən böyük və mühüm dəstəkləyicilərindən biridir”.

  1. Əlizadə bildirib: “Azərbaycanın problemlərinin həll yolu öz müsəlman qardaşlarına, xüsusilə də İran İslam Respublikasına arxalanmaqdır”.

Şərqşünas əlavə edib: “Əminik ki, İranın əməkdaşlığı ilə Azərbaycan xalqının problemləri daha sürətlə aradan qalxacaq”.

Görüşdə iştirak edən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib: “İran və Azərbaycan dil, din və mədəniyyət ortaqlıqlarına malikdir. Azərbaycanlılar da öz iranlı qardaşları ilə münasibətlərin daha da genişlənməsini istəyirlər”.

QAT sədri iki ölkə arasında münasibətləri genişləndirmək üçün Ərdəbildə dəyərli mədəniyyət, tarix və turuzm potensiallarının olduğunu qeyd edərək artırıb: “Son illər ərzində iki ölkə arasında qarşılıqlı səfərlərin artması əlaqələrin genişlənməsinə kömək etmişdir və bu səfərlər daha da artırılmalıdır”.

Qeyd edək ki, görüşdə Seyx Səfiyəddin Ərdəbili Türbəsi Kompleksinin Qəyyumlar heyətində üzvlük hökmü Azərbaycan şərqşünası və tədqiqatçısı Zərdüşt Əlizayə təqdim edilmişdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button