Xəbərlər

Suriyada terrorçuların azərbaycanlı komandiri öldürüldü

İŞİD terror təşkilatının nəzarəti altında olan Rakka vilayətində “Ketibetül Azərbaycan” camaatı ilə PYD-adlı qruplaşmanın üzvləri arasında döyüş baş verib. Azərbaycanlılardan ibarət taborun komandiri Musa əl Azəri adlı şəxs qətlə yetirilib.
ANS PRESS-in məlumatına görə, azərbaycanlı tabor komadiri Musa əl Azəri İraq Şam İslam Dövləti (İŞİD) adlı qruplaşmanın tərkibində vuruşub.
Xatırladaq ki, bir neçə ay öncə Suriyada baş verən döyüşlər zamanı tərkibində 12 azəbaycanlının olduğu tabor üzvləri qətlə yetirilib.
Suriyada vəziyyət gərginləşəndən sonra, Qərb və bəzi ərəb ölkələrinin himayəsi və Türkiyə vasitəsilə Suriyaya ezam olunan azərbaycanlı vəhhabilərdən 200-ə yaxını qətlə yetirilib. Azərbaycan rəsmi dairələri vəhhabilərin təhlükəli oduğunu başa düşüb, qarşısını aılmaq niyyətində olsalarda, reallığda bu hələ baş verməyib və onlar Azərbaycanda geniş fəaliyyət göstərirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button