Xəbərlər

İran regionun ən səbatlı ölkəsidir

İran İslam Respublikası ordusunun Dəniz Qüvvələri komandanı İranı regionun ən səbatlı ölkəsi adlandırıb və deyib: İranın Dəniz Qüvvələri strateji bir qüvvə olaraq, yüksək potensiala malikdir və İran sularına təcavüz edən istənilən ölkəyə cavabımız güclü olacaq.

Kontr-admiral Həbibulla Səyyari beynəlxalq sularda təhlükəsizliyin təmin edilməsini də önəmli adlandırıb və deyib: İran İslam Respublikası ordusunun Dəniz Qüvvələri beynəlxalq sularda İranın ticarət gəmilərinin təhlükəsizliyini təmin etmək kimi iftixarlı bir vəzifəyə malikdir.
İran İslam Respublikası ordusunun Dəniz Qüvvələri komandanı İranın quru və dəniz sərhədlərinin təhlükəsizliyinin tam təmin edildiyini deyərək, vurğulayıb: İİR-sı ordusunun Dəniz Qüvvələri strateji bir qüvvə olaraq ölkənin dəniz sərhədlərindən kənarda da güclü iştiraka malikdir.
Kontr-admiral Həbibulla Səyyari sərhədlərin sonunu Dəniz Qüvvələrinin üzərinə düşən missiyanın başlanğıcı adlandırıb və deyib: Dəniz quldurları bir neçə gün öncə İranın ən iri neft tankerlərindən birinə hücum etmişdilər ki, İranın Dəniz Qüvvələrinin müdaxiləsi ilə qaçmağa məcbur oldular.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button