Xəbərlər

Bakı məhkəməsinin İranlı vətəndaşlara qarşı ittihamları əsassızdır

İranın Bakıdakı Səfirliyi Bakı ağır cinayətlər məhkəməsinin İran vətəndaşlarına qarşı casusluq ittihamının əsassız olduğunu bildirdi.
İranın Bakıdakı Səfirliyinin media bölməsinin məsul şəxsi Seyid Məhəmməd Ayətullahi, gahdan bəzi ölkələrdə xüsusi məqsədlərlə və İranofobiya siyasəti istiqamətində İrana qarşı ortaya atılan oxşar iddialara işarə edərək belə əlavə edib: İranın prinsipial siyasəti Az. R-nin daxili işlərinə müdaxilə etməməkdir.
Ayətullahi bu qəbildən olan ittihamların medialara çəkilməsini tənqid edərək Bakı Apelyasiya Məhkəməsinin bu İran vətəndaşına qarşı hökmü ləğv edəcəyini ümid edib.
O deyib: Azərbaycan Ağır cinayətlər məhkəməsi bu növdən olan məhkəmə işlərinə etibarlı vəkil və İran Səfirliyinin nümayəndəsinin iştirakı ilə baxmalıdır və təbii olaraq İİR bu İran vətəndaşını müdafiə etməyi öz vəzifələrindən bilib və bu mövzunu ciddiliklə izləyəcəkdir.
Qeyd etmək lazımdır ki, Az. R. Ağır Cinayətlər Məhkəməsi İran vətəndaşı olan Bəhram Feyzini casusluq ittihamı ilə 15 il həbsə məhkum edib.
Son illər ərzində İran və ya Az. R. vətəndaşlarının həbs edilməsi və onların İrana casusluqda ittihamlandırılması etibarlı faktlar təqdim edilmədən və bağlı qapılar arxasında olan məhkəmələrin keçirilməsi ilə artıbdır.
Ötən ay da Az. R-nin Milli Təhlükəsizlik Nazirliyi azəri jurnalist Pərviz Həşimlini İranla əlaqədə olmaq və silah qaçaqçılığında ittihamlandırdı amma bir çox Azərbaycan və beynəlxalq dairələr onun həbsinin jurnalistika fəaliyyətləri ilə əlaqədə olduğunu bildirdilər.
Ötən il də azəri vətəndaşlarından 22 nəfər terror hücumları planlaşdırmaq və İranla Əməkdaşıq etmək ittihamı ilə Bakıda, bir məhkəmədə mühakimə olundular amma onların heç biri bu ittihamları qəbul etmədilər.

irib

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button