ArxivXəbər lentiXəbərlər

İran və Azərbaycan arasında quru məsafə azaldılıb

Azərəbaycan Respublikasında Ələt-Astara magistral yolunun inşa əməliyyatının yekunlaşması ilə məsafə 38 km azalaraq həm də yolun keyfiyyətinə görə səfər müddəti də gözə çarpacaq dərəcədə azalacaq.

İRİB-in Bakı ofisinin verdiyi məlumata görə, Bakını Astaraya qovuşduran yolun əsas hissəsi sayılan Ələt-Astara magistral yolun inşa əməliyyatı davam edir. Bu istiqamət İrandan Bakıya gedən iki əsas quru istiqamətdən biridir.

Ələt-Astara magistral yolun inşasının sona çatmadığına görə hal-hazırda Astaradan Ələtədək istiqamət qədim yolla mümkün olur və yolun yararsız olduğu üçün bu istiqamətdə gediş gəliş müəyyən çətinliklərlə yanaşıdır.

Azərbaycan Respublikasının Azər Avtoyol şirkətinin sözçüsü Anar Nəcəfli bu barədə deyib: Ələtdən Astaraya və İran İslam Respublikası sərhədlərinədək magistral yolun əsas işləri görülüb və yolun 23 km uzunluğunda olan bir hissəsi də ötən il istifadəyə verilmişdir və gələn miladi ilinin ilk yarısında bu yolun tam istifadəyə veriləcəyi gözlənilir.

Anar Nəcəfli deyib: Ələt-Astara magistral yolu gediş və gəliş istiqamətlərinin hər biri üçün iki zolaqlı olaraq 173 km uzunluğa malikdir. Yolun inşa əməliyyatı ” Yeni kənd- Salyan körpüsü” , ” Salyan- Şorsulu” , ” Şorsulu-Cəlilabad” , ” Cəlilabad- Masallı” və ” Masallı-Astara” hissələrə bölünərək sürət və keyfiyyətlə davam etdirilir.

Bakıdan İranın astarasına ən əsas quru yolda Ələt-Astara əsas hissə hesab olunur. Hal-hazırda Ələt-Astara şosse yolunun uzunluğu 243 km-dir. Ancaq yeni magistral yolun istifadəyə əerilməsi ilə yol 38 km qısalacaq.

Ələt-Astara magistral yolun istifadəyə verilməsi ilə, Bakıdan İran Astarasına gediş-gəlişin zamanı azalacaq və təhlükəsizliyi artacaq. Bunun özü həm də İran ilə Azərbaycan Respublikası, Gürcüstan və Rusiya arasında quru nəqliyyatının inkişafına öz töhfəsini verəcək. İran və Azərbaycan arasında ticarət dövriyyəsinin artmasına səbəb olacaq.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button