Aktual

Ərdəbilin imamcüməsi: Aşura məktəbi bəşəriyyətin itkisidir

Vəliyyi-fəqihin Ərdəbil vilayətindəki nümayəndəsi dedi: Aşuranın verdiyi mesaj və İmam Hüseynin (ə) hədəfi bu gün bəşəriyyətin itkisidir.

Höccətül-islam Seyid Həsən Amili Ərdəbil əhalisinin bu şəhərin Mirzə Əliəkbər məscidindəki əzadarlıq məclisində bildirdi: Çox ehtiyatlı olmalıyıq. Çünki düşmən İmam Hüseyn (ə) təfəkkürünü bizdən almaq istəyir; vəhabi kanallarından birinin müdiri deyib ki, biz, şiələrdən İmam Hüseynə eşq və sevgini almaq istəyirik.
Amili vəhabi fitnəçilərinə müraciətlə bildirdi:
Şiənin qəlbindəki İmam Hüseyn eşqinin alovunu heç zaman söndürmək olmaz. Çünki şiə tarix boyu İmam Hüseynə olan eşq və sevgisini göstərmək üçün tam idrakla hətta öz bədən üzvlərini də hədiyyə edib.
Vəliyyi-fəqihin Ərdəbil vilayətindəki nümayəndəsi bildirib: Əgər biz əzadarlıqlarımızda ağıllı və məntiqli olsaq, hansısa bir düşmən qrupun Seyyidüş-şühədaya eşqin uca yolunda maneə, problem yaratması mümkünsüzdür.
Amili dedi: Bəzən məddahların xam sözləri ilə manevr edir, şiələri yalançı kimi göstərmək üçün heç bir sənədi olmayan rövzələri əllərində bayraq tuturlar.
Bəzən bəzi şiələrin mənfi əməlləri ilə İmam Hüseyni (ə) bizdən almağa çalışırlar.
Ərdəbil xalqının Rəhbərliyin Xibrələr Məclisindəki nümayəndəsi bildirdi ki, mənfi hərəkətlərlə İmam Hüseyn məktəbinə zərbə vurmaq olmaz. Hüseyn (ə) beynəlmiləl bir şəxsiyyətdir və onun şüarları bütün bəşəriyyətin ehtiyacıdır. O həzərəti hansısa qrupla xüsusiləşdirmək Hüseyn düçüncəsinə olan ən böyük zülmdür.
Amili bildirdi: Həzrət Seyyidüş-şühədanın bütün şüarları qlobaldır və bütün xalqların ehtiyaclarına görədir; əslində bu şüarlar insanların və cəmiyyətlərin itkisidir.
O Kərbəlanın kamil bir kitab, Quran və Əhli-beytin hərtərəfliliyinin, kamilliyinin göstəricisi olduğunu bildirib dedi: Quranın hər bir vəsfini Kərbəlada Hüseyində (ə) görmək olar. Əslində Quranın bütün əsas mövzuları Kərbəlada da var. Biz İmam Hüseynin(ə) məhdudlaşdırılmasına, mühasirəyə alınmasına yol verməməliyik!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button