Xəbərlər

Naxçıvanlılar seçkidə necə təhqir olundular?

Naxçıvanda Hafiz Hacıyev Cəmil Həsənlidən öndə olub – siyahı

Prezident seçkilərinin ilkin nəticələri ilə bağlı Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının məlumat yayıb.

“Qafqazinfo” xəbər verir ki, Naxçıvan Muxtar Respublikası üzrə 7 seçki dairəsindəki 316 seçki məntəqəsində səsvermə oktyabrın 9-da səhər saat 8:00-da başlanıb və saat 19:00-da başa çatıb. Bütün seçki məntəqələrində səsvermə baş tutmuş hesab olunub. Səsvermə başa çatdıqdan sonra müşahidəçilərin də iştirakı təmin olunmaqla Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada səslər hesablanıb, müvafiq məlumatlar mütəmadi surətdə internet vasitəsilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinə ötürülüb və seçkilərin yekunlarına dair məntəqə və dairə seçki komissiyalarının protokolları tərtib olunaraq 2013-cü il oktyabrın 10-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim olunub.

Protokolların nəticələrinə görə, yüksək seçici fəallığı ilə keçən seçkilərdə muxtar respublika üzrə səsvermə hüququ olan 266.537 seçicidən 219.786 nəfəri, yəni 82,5 faizi iştirak edib. Seçki prosesi nüfuzlu qurumların müşahidəçiləri tərəfindən də izlənilib. Səsvermə günü seçki hüquqlarının pozuntusu ilə əlaqədar aidiyyəti təşkilatlara heç bir şikayət daxil olmayıb.

İlkin nəticələrə görə, Naxçıvan Muxtar Respublikası üzrə seçicilərin 90,3 faizi Yeni Azərbaycan Partiyasının namizədi Əliyev İlham Heydər oğluna səs verib.

Digər namizədlərin muxtar respublika üzrə topladıqları səslərin faizləri aşağıdakı kimidir:

Həsənquliyev Qüdrət Müzəffər oğlu – 6,4 faiz

Məmmədov Sərdar Calal oğlu – 0,9 faiz

Quliyev Fərəc İbrahim oğlu – 0,8 faiz

Ağa-zadə İqbal Fehruz oğlu – 0,6 faiz

Oruc Zahid Məhərrəm oğlu – 0,5 faiz

Hacıyev Hafiz Ələmdar oğlu – 0,2 faiz

Həsənli Cəmil Poladxan oğlu – 0,1 faiz

İsmayılov İlyas Abbas oğlu – 0,1 faiz

Əlizadə Araz Məmməd Mübariz oğlu – 0,1 faiz

Qafqazinfo

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button