Aktual

Tale Bağırzadənin Hüquqlarını Müdafiə Komitəsi hakimiyyətə səsləndi

Komitənin yığıncağında bir sıra məsələlər müzakirə edilib, yaxın zamanda görüləcək işlər müəyyənləşdirilib.
Toplantı iştirakçılarının qərarı ilə 17-24 iyun 2013-cü il “Tale Bağırzadə həftəsi” elan olunub.
Tale Bağırzadənin ikinci qanunsuz həbsinin gerçək motivlərini, həbs edilərkən və sonradan ona qarşı edilmiş zorakılıqları özündə əks etdirən tutarlı bir sənədin hazırlanması, xarici dillərə tərcümə edilərək beynəlxalq təşkilatlara, xarici ölkələrin Bakıda akkreditə olunmuş səfirliklərinə və beynəlxalq təşkilatların Azərbaycanda fəaliyyət göstərən nümayəndəliklərinə göndərilməsi də qərara alınıb.
İclasın sonunda komitə axır vaxtlar siyasi məhbuslara göstərilən anti-humanist davranışları müzakirə edərək hakimiyyət yetkililərinə çağırış edib. Çağırışda deyilir:
“Komitə hüquq-mühafizə orqanlarına, hakimiyyətin səlahiyyətli şəxslərinə çağırış edir ki, ümumiyyətlə günahsız yerə insanları təqibə məruz qoymaqdan əl götürsün, həbsini dayandırsın, həbsdə saxlanan insanların şərəf və ləyaqətinin qorunmasına, toxunulmazlığına özünü məsul bilsin”.(azadlıq)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button