Aktual

”Seçkiyə nəzarət edəcək şəxsin yerli və xarici olması yox, namuslu və vicdanlı olması mühümdür”

Hər hansı bir ölkədə keçirilən parlament və prezident seçkiləri zamanı saxtakarlığın qarşısını almaq və şəffaflığı qorumaq üçün müxtəlif formalarda nəzarət mexanizmi həyata keçirilir. Bura exit-poll, beynəlxalq və yerli müşahidəçilərin nəzarəti və monitorinqi daxildir.

FaktXeber.com-un “ beynəlxalq müşahidəçilərin seçkilərdə əsas işi nədən ibarətdir”, -sualını cavablandıran millət vəkili İlyas İsmayılov bildirdi ki, nəzarətin hansı formada həyata keçirilməsi əsas deyil. Nəzarətin mahiyyətinin önəmli olduğunu bildirən millət vəkili, “nəzarət edənlərin beynəlxalq və yerli müşahidəçi olmaları o qədər də önəmli deyil. Əsas olan sözügedən şəxslərin namuslu və vicdanlı şəxslər olmasıdır”, – deyə bildirdi: “Beynəlxalq və yerli müşahidəçisindən asılı olmayaraq ilk öncə saxtakarlığın qarşısının almağı bacarmalıdır. İnsan əgər namuslu və vicdanlı adamdırsa, o düzlük tərəfdarı olacaq. Əks halda hər hansı bir müsbət nəticə gözləməyə dəyməz.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button