ArxivXəbər lentiXəbərlər

Tbilisidə `İmam Əli (ə) İslamın ədalət, vəhdət və inkişaf simvolu` mövzusunda elmi konfrans keçirilib-Foto

Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Tbilisidə “İmam Əli (ə) İslamın ədalət, vəhdət və inkişaf simvolu” mövzusunda elmi konfrans keçirilib.

Maide.Az  xəbər verir ki, konfransda ilk öncə Qurani-Kərim tilavət olunub.  Sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov təşkil olunan konfransın məqsəd və qayəsini açıqlayıb. Hz. Əlinin (ə) İslamın inkişafındakı rolunu üç tarixi dövrdə izah edib: 1) Peyğəmbərin (s) həyatı; 2) İmamlığın başlanğıcı, xəlifələrin zamanı; 3) İslam ümmətinə rəhbərlik dövrü. O qeyd edib ki, həmin dövrlərdə Hz. Əli (ə) həm elmi, həm gücü, həm tədbiri və həm də müstəsna, haqq və ədalətli rəhbərliyi ilə böyük töhfələr bəxş edib.

Konfransda  Gürcüstan, Türkiyə, İran və  Azərbaycandan dini, elmi və ictimai şəxsiyyətlər və ziyalılar iştirak edib.

Konfrans iştirakçıları son zamanlar İslamın fitnə ilə qarşılaşdığı və İslam coğrafiyasında ürəkağrıdan hadisələrin yaşandığı bir zamanda müsəlmanların tək ümmət olub daha da vəhdət təşkil edərək bir olmalarının önəmindən danışdılar. İki saat sürən konfrans İmam Zaman (ə) duası oxuması ilə sona çatıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button