Xəbərlər

İranın böyük diplomatik qələbəsi İsraili dəli edib

İsrail İran ilə altılıq ölkə arasında Tehranın nüvə enerjisi haqqında əldə edilmiş razılığı tənqid etmiş və demişdir ki, İsrail bu razılaşmanı tanımır.

Press TV-nin verdiyi məlumata görə bazar günü İsrail baş naziri Benyamin Netanyahunun ofisinin dərc etdiyi hesabatda deyilir: “Bu İrana istədiyini verən çox pis razılaşmadır. Nüvə enerji proqramının əsas hissəsinin qalması müqabilində sanksiyaların qismən aradan qaldırılması.”
Bu bəyanat İran ilə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü – Britaniya, Çin, Fransa, Rusiya, ABŞ və üstəgəl Almaniya arasında razılıq müqaviləsi imzalandıqdan bir neçə saat sonra dərc edildi.
Bu Cenevrədə dörd gün intensiv danışıqlar nəticəsində əldə edilən və Qərbin İran ilə nüvə enerji proqramı üzərində on illərdən bəri çəkən mübahisəyə son qoyan bir razılıq oldu.
Bu arada İsrail xarici işlər naziri Aviqdor Liberman bu razılığı İranın 1979-cu il İslam İnqilabından sonra əldə etdiyi “ən böyük diplomatik qələbə” adlandırmış və demişdir ki, razılıq oslun, ya olmasın Tel Əviv üçün bütün seçimlər masa üzərində qalır.
O əlavə edərək deyib: “Biz öz gələcəyimizi qorumaq üçün özümüz müstəqil şəkildə tale yüklü qərar qəbul etməliyik.”
İsrailin kəşfiyyat naziri Yuval Steinitz də həmçinin deyib ki, Tel Əvivin naümidliyinə baxmayaraq İsrail İranın uranı zənginləşdirməsi də daxil olmaqla bütün hərbisini iflic etmiyənə qədər öz kampaniyasını davam etdirəcək.
Bu arada İsrailin İqtisadiyyat naziri Naftali Bennett deyib ki, Tel Əviv bu razılıq ilə razı deyil və bu razılığı qəbul etmir.
Bennett deyib: “İsrail Cenevrə razılaşması ilə razı deyil. İran İsraili hədələyir və İsrailin də özünü müdafiə etmək haqqı var.”
Yaxın Şərqdə 200-400 arası nüvə başlığına sahib olan və region üçün real təhlükə yaradan İsrail rejimi dəfələrlə İranı ölkənin nüvə enerji proqramı səbəbindən hərbi müdaxilə ilə təhdid edib.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button