ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ramazanın 16-cı gününün duası

Quran ayələrində və hədislərdə müsəlmana müdrik, ağıllı və alimlərlə oturub durmaq, eləcə də cahil və təəssübkeş insanlardan uzaq durmaq əmr edilib.

bu gün mübarək ramazan ayının 16-cı günüdür.

Oruc tutan şəxs bu gün üçün nəzərdə tutulmuş münacatda Allahdan onun çevrəsinin saf təmiz insanlardan ibarət olmasını diləməlidir.

Burada müsəlmana tövsiyə edilir ki, əsasən müdrik, ağıllı, alim və yaxşı əməl sahibləri ilə oturub- dursun. Digər tərəfdən ona əmr edilir ki, pis əməllərlə məşğul olan və cəmiyyətdə bu işlərlə tanınan insanlardan uzaq dursun və onların çevrəsinə daxil olmasın.

Ramazan ayının 16-cı gününün duası:
“Allahummə vəffiqni fihi limuvafəqətil-əbrar. Və cənnibni fihi murafəqətəl-əşrar. Və avini fihi birəhmətikə ila daril-qərar. Bi-ilahiyyətikə ya ilahəl-aləmin”.

Tərcüməsi:
“İlahi, bu gün yaxşı bəndələrin tayı olmağı mənə nəsib et! Məni pis adamlardan uzaqlaşdır! Bu gün mənə öz rəhmətinlə behişt qərargahında yer ver! Allahlığına and verirəm, ey aləmlərin Allahı”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button