Aktual

Qarabağ Azadlıq Təşkilatının sədri: Qarabağ məsələsi İslam dünyası üçün təhdiddir

İran və Azərbaycan arasında çox yaxın vəhdət və birliyin yaranması Qarabağ münaqişəsinin həllinin laziməsidir.

Azərbaycan Respublikasının Qarabağ Azadlıq Təşkilatlarının məsul heyəti, universitet müəllimləri və jurnalistlərin iştirakı ilə Təbriz Universitetində “Qarabağ Beynəlxalq Konfrans Çağırışı”nın açılışı ilə eyni zamanda keçirilən “Qarabağ Münaqişəsi, şəraitlər və nəticələr” seminarında çıxış edən Akif Nağı deyib: “Qarabağ məsələsi bütün dünya müsəlmanlarına bağlıdır və bu mövzu İslam dünyası üçün bir təhdiddir”.

“Biz aydın müşahidə etdik ki, Qarabağ məsələsi İrana da yönəlmişdir. İran və Azərbaycan arasında çox yaxın vəhdət və birliyin yaranması Qarabağ münaqişəsinin həllinin laziməsidir”-deyə təşkilat rəhbəri bildirib.

O, Azərbaycan və Ermənistan arasındakı ixtilafların tarixinə işarə edərək xatırladıb: “Birinci Dünya Müharibəsinə qədər Ermənistan heç bir ərazyə sahib deyildi. Başda Rusiya olmaqla İngiltərə, Amerika və Fransanın köməyi ilə Azərbaycan ərazilərinə nüfuz edə bildi və əvvəldən Azərbaycan torpaqlarına təcavüz fikrində olub”.

“Qarabağ məsələsi İslam dünyası üçün bir təhdiddir, işğalçı ermənilər əvvəldən İslamla uyğunlaşmadılar. Nümunə olaraq deyə bilərik ki, 17-ci əsrdə ifratçı işğalçı ermənilərdən bir qrupu zahidə İslamı qəbul etdilər, 300 il ötsə də onlar özlərini İslama uyğunlaşdıra bilmədilər və hazırda Qafqaz və Türkiyə ərazilərində məskunlaşıblar”-deyə Akif Nağı bildirib.

Qarabağ Azadlıq Təşkilatının sədri həmçinin qədim dövrlərdən bəri İran, Azərbaycan və Türkiyə müsəlmanlarının azlıqda olan ermənilərin hamisi olduğunu vurğulayaraq deyib: “Amma Ermənistan həmişə bu ölkələrə xəyanət etmişdir”.

A. Nağı deyib: “Səlib yürüşünün mahiyyəti hələ dəyişməyib. Biz bu mövzuda İran, Türkiyə və bütün İslam dünyasından kömək istəyirik”.

“İşğalçı ermənilər İran və Türkiyə arasında təfriqə yaratmağa və şiə-sünnü davası salmaqla hər iki ölkəni məhv etməyə çalışırlar”-deyə, Qarabağ Azadlıq Təşkilatının sədri bildirib.(AranNews)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button