AktualAktualArxivXəbər lentiXəbərlər

Azərbaycanda Parlement seçkilərinə ötəri baxış

Azərbaycanda Parlement seçkiləri ölkə başçısı İlham Əliyevin sərəncamı ilə noyabrın 1-də keçiriləcək.Artıq bəzi siyasi partiyalar öz namizədlərini də müəyyənləşdiriblər. Ölkənin bir sıra siyasi partiyaları bloklar təşkil etməklə, bəziləri də fərdi surətdə deputatlığa  namizədlərini verərək seçkilərdə iştirak edəcəklər.

Dövlətin ən böyük müxalifət partiyalarıdan sayılan Musavat Partiyası hələ ki, heç bir siyasi bloka üzv olmayıb və seçkilərdə müstəqil surətdə iştirak etmək niyyətindədir. 2014-cü ildə Musavat partiyasına başqanlıq üstündə daxili çəkişmələr üzündən bu partiya zəifləsə də nəhayət Musavat öz namizədlərinin siyahısını hazırladı və namizədlər arasında sabiq lideri İsa Qənbər də vardır.

Azərbaycan Xalq Cəbhəsi Partiyası da Musavat kimi partiyadaxili çəkişmələr, çoxlu sayda üzvünün sabiq müavin Razi Nurullaha qoşulması və AXCP-nin sabiq lideri Əli Kərimlinin çıxarılması üzündən zəiflədiyinə görə seçkilərə Cəmil Həsənlinin rəhbərliyi altında olan Milli Şuranın tərkibində qatılacaq.

Halbuki, AXCP-nin də üzv olduğu Demokratik Qüvvələrin Milli Şurası parlament seçkilərində iştirak etmək barədə qərara gəlməyib və Azərbaycanda düzgün və demokratik seçkilər keçirilməsinə təkid edir.

Azərbaycanın əsas partiyalarından olan Azərbaycan İslam Partiyası da hələ seçkilərə qatılmaq barədə fikrini açıqlamayıb.

İndiyə kimi təkcə Ümid partiyası seçkilərdə iştirak etmək üçün sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.

Azərbaycanda həmişə seçkiqabağı qərb dövlətlərinin, əsasən də ABŞ və İngiltərənin Azərbaycanın müxalifət partiyaları ilə müzakirələri başlayır.Bu ilin payızında keçiriləcək Milli Məclisə deputat seçkiləri ərəfəsində də artıq ABŞ və İngiltərə səfirlikləri dövlətlə müxalifət partiyaları ilə danışıqlar təşkil ediblər. Onların bu görüşlərdən məqsədi hakimiyyəti təzyiq altında qoyaraq onlardan imtiyaz qoparmaq və Azərbaycanı Rusiyadan uzaqlaşdırmaqdır. Çünki son aylarda qərb Azərbaycanda insan hüquqları durumunu tənqid etdiyi üçün Bakı dövləti Rusiyaya meyillənmişdir.

Bu mövzunu da nəzərə almaq lazımdır ki, İlham Əliyev tərəfindən qərbin maraqları və Avropanın enerji təhlükəsizliyi təmin edildiyinə görə qərb ölkələri hazırkı dövləti hakimiyyətdən uzaqlaşdırmağa və Azərbaycanda siyasi gərginlik yaratmağa maraqlı deyil.

Diqqəti çəkən budur ki, seçkilər yaxınlaşsa da Azərbaycanda seçki ab-havası hiss olunmur. Bunun səbəbini müxalifət partiyalarının seçkilərin düzgün və demokratik keçirilməsinə inanmamasında axtarmaq lazımdır. Onların fikrincə bu seçkilərdə də səsvermə qutularını dövlət özü dolduracaq və qabaqkı seçkilərdə olduğu kimi deputat mandatlarını özlərinə aid edəcəklər. Əlbəttə, gözlənilən budur ki, zahirdə Azərbaycanda demokratiyanın olmasını  göstərmək üçün bir neçə mandat tənqidçilərinə verəcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button